Model “mensturasiyaya” görə Hyundai-ın onu işdən azad etdiyini bəyan edib

Модель Рейчел Рикерт Fotonun müəllifi PHILÍPE ALEXANDER
Image caption Rachel Rickert avtomobil şirkəti tərəfində ayrı-seçkiliyə məruz qalmasından şikayət edib.

Model Rachel Rickert Hyundai avtomobil şirkətindən şikayət edib. Onun sözlərinə görə, iş zamanı mensturasiyası başladığına görə, şirkət onu işdən azad edib.

27 yaşlı model bu ilin aprel ayında New-York-da keçirilən avtoşou zamanı ayaqyoluna getmək üçün icazə istəyib.

Lakin müştərilər çox olduğuna görə ona icazə verilməyib. Nəticədə tamponu vaxtında dəyişə bilməyən model alt paltarını və kalqotkasını dəyişməli olub və bu barədə menecerinə xəbər verib.

BBC-yə müsahibə verən modelin sözlərinə görə, səhəri günü avtomobil şirkətini ona istirahət götürməyi təklif edib.

O, isə saatlıq məvacibini itirməmək üçün imtina etdiyini və aprelin 14-də işə çıxdığını bildirib.

Lakin səhəri günü agenti ona zəng vurararq "mensturasiya olduğuna görə" Hyundai-ın onunla əməkdaşlıq etmək istəmədiyini söyləyib.

"Mən heyrət içindəydim və çox məyus olmuşdum. Mən ağladım. Çünki mən digər tədbirlərdən imtina etmişdim. Axı bu necə ola bilər? Bu ola bilməz!" - deyə Rachel BBC-yə bildirib.

Daha sonra model ABŞ-ın əmək bərabərliyinə nəzarət komissiyasına ayrı-seçkiliyə məruz qalmasıyla bağlı şikayət ərizəsiylə müraciət edib. Bununla yanaşı , daha əvvəllər 50 belə sərgidə iştirak edən model şirkətin davranışından özünü rüsvay olunmuş hiss etdiyini bildirib.

Hyundai Motor-un ABŞ bölməsi insidenti araşdıracağını vəd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş