CNN “Trump-ın qanlı başı” şəklinə görə aparıcını işdən azad edib

Кэти Гриффин Fotonun müəllifi Getty Images
Image caption Kathy Griffin 10 ildir ki kanalda Yeni İl proqramını aparır

CNN telekanalı aktrisa Kathy Griffin-lə müqaviləsini ləğv edib. Buna aktrisanın dərc olunan fotosessiyası səbəb olub.

Aktrisa fotosessiyada ABŞ prezidenti Trump-ın saxta qanlı başını rekvizit kimi istifadə edib.

Griffin-in şəkillərini Donald Trump-ın tərəfdarları ilə yanaşı əleyhdarları da tənqid edib.

Komediya aktrisası olan Kathy Griffin CNN-in xüsusi aparıcısı Anderson Cooper-lə birgə 10 ildir ki, bu kanalda Yeni İl proqramını aparır. Aktrisa teleşirkətdə başqa qisimdə çalışmayıb.

Bazar ertəsi Griffin məhşur fotoqraf Tyler Shields tərəfindən çəkilən və dərc olunan fotosessiyaya görə üzr istəyib.

"Emmy" mükafatı laureatı 56 yaşlı aktrisa artıq çoxdandır ki, prezident Trump-ın ünvanına kəskin çıxışlar edir.

Aktrisanın əlində ABŞ prezidentinin saxta qanlı başının tutduğu əks olunan şəkli böyük narazılıqlara səbəb olub. Şəkli tənqid edənlər arasında Triump-ın kiçik oğlu da var.

"İyrəncdir. Amma təəccüblü deyil. Müasir solçular bax belədir. Onlar bunu müsbət qəbul edirlər. Təsəvvür edin ki, mühafizəkarlar bunu Barack Obama prezident olan zaman ona qarşı ediblər " - deyə Trump-ın oğlu Twitter-də yazıb.

Aktrisanın özü isə Twitter-də video müraciətində "yalvararaq" bağışlanmasını və "əndazəni aşdığını" etiraf edib.

"Mən yalnız indi bu fotolara münasibəti anlamağa başlayıram. Mən komikəm, mən icazə sərhəddini keçmişəm. Mən əvvəlcə bu sərhəddi itələdim, sonra onu keçdim. Və mən çox uzağa getdim", - deyə aktrisa bildirib.

Griffin həmçinin dəfələrlə fotoqrafdan şəkilləri internetdən silməyi xahiş etdiyini söyləyib.

Trump-ın prezident seçkilərində rəqibi olan Hillary Clinton-un qızı Chelsea Clinton da şəkillərlə bağlı mənfi fikirlər söyləyərək onu "iyrənc və yaramaz" adlandırıb.

Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Mitt Romney də müzkirələrdə iştirak edib.

"Bizim siyasətimiz onsuz da enişə doğru gedir və daha bayağı şəkil alır. Lakin Kathy Griffin-in bu hərəkəti artıq bütün əndazəni aşmaq deməkdir", - deyə Romney bildirib.

New-Mexico ştatındakı kazinolardan biri də Griffin-lə olan müqaviləsini ləğv edib. Akrtisa kazinoda keçirilən tədbirdə aparıcılıq etməliymiş.

Əlaqəli mövzular

Bu barədə daha geniş