Basketbolçu Lebron James: ABŞ-da qaradərili olmaq çox çətindir

Баскетболист Леброн Джеймс Fotonun müəllifi Getty Images
Image caption 32 yaşlı Lebron James ABŞ-ın ən bahalı basketbolçusudur. O, hər il 30 milyon dollar alır.

Amerika basketbolunun ulduzu Lebron James ABŞ-da qaradərili olmağın çətin olduğunu bəyan edib. Bu yaxınlarda onun Los-Angeles-dəki evinin qapısında irqçi yazılar peyda olub.

"Sənin nə qədər pulun olması və nə qədər məhşur olman vacib deyil, Amerikada qara dərili olmaq çox çətindir ", - deyə idmançı bildirib.

"İrqçilik dünyada həmişə mövcud olacaq və Amerikanın bir hissəsi olaraq qalacaq. İndi ABŞ-da, xüsusilə afrikalı amerikalılara qarşı nifrət adı haldır. Afrikalı amerikalıların özlərini bərəbər hiss etmələri üçün bizim cəmiyyət hələ çox şey etməlidir", - deyə James qeyd edib.

Yerli hüquq-mühafizə orqanları James-in qapısında yazılan sözlərin kifayət qədər təhqiredici olduğunu təsdiqləyiblər.

Hazırda polis sui-qəsdçini müəyyən etmək üçün müşahidə kameralarındakı kadrları araşdırır.

Əlaqəli mövzular

Bu barədə daha geniş