Malaysia Airlines təyyarəsində təhlükənin qarşısını “qəhrəmanlar alıb”

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Polis şübhəlini həbs edərək təyyarədən çıxarır.

Malaysia Airlines təyyarəsində partlayıcıya bənzər qurğu ilə hədələr səsləndirən şəxsə qarşı sərnişinlər hərəkətə keçib, şahidlər deyir.

MH128 reysilə Melbourne şəhərindən Kuala Lumpura yollanan Airbus A330 təyyarəsi sərnişinin pilot kabinəsinə daxil olmaq cəhdindən sonra geri qaytarılıb.

Təyyarənin enişindən sonra o həbs edilib. Polis hadisənin terror insidenti olmadığını bildirir.

Sərnişinlərdən biri hədələr səsləndirən şəxsin üzərində "qeyri-adi obyektin" olduğunu deyir. Daha sonra onun partlayıcı olmadığı müəyyənləşib.



"O təyyarənin arxasına qaçdı və 3 Avstraliyalı qəhrəman onu yerə yıxaraq tam hərəkətsiz hala gətirdilər", insidentin şahidi Andrew Leoncelli hadisə barədə BBC-ə danışaraq deyib.

Hadisə öncədən mümkün terror insidenti kimi nəzərdən keçirilib. Lakin daha sonra onun "psixi sağlamlıq"la bağlı əlaqədar olduğu məlum olub.

Şübhəli çərşənbə günü Melbourne psixiatriya şöbəsindən buraxılmış 25 yaşlı Sri Lankalıdır, Viktoria ştatının polis rəisi Graham Ashton bildirib.

Polis şübhəli şəxsin üzərində səs spikerinə bənzər qurğunun olduğunu qeyd edir.

Malayziya nəqliyyat nazirinin müavini həmin qurğunu "xarici batareya" kimi təsvir edib.

Fotonun müəllifi Andrew Leoncelli
Image caption Melbourne aeroportuna qayıdan təyyarəyə polis daxil olub.

"Australian Rules" futbol liqasında çıxış edən peşəkar idmançı Andrew Leoncelli isə qurğu üzərində smartfondakı mini USB-ə bənzər giriş və iki antenanın olduğunu qeyd edir.

Onun sözlərinə görə heyət üzvlərinə kapitanı görmək istədiyini deyəndən sonra "çox həyəcanlanan" şəxs hədələr səsləndirməyə başladı.

O, bu vaxt düyməni sıxacaq kimi hərəkətlər edirdi.

Fotonun müəllifi David Henderson
Image caption David Henderson-un Instagrama yerləşdirdiyi şəkli: "MH128-ə silahlı polis daxil olur. Zərər çəkən yoxdu"

Daha əvvəl Melbourne's 3AW danışan idmançı deyib ki, şübhəli şəxs "təyyarəni partladacağını" deyirdi.

Malaysia Airlines şirkəti Airbus A330 təyyarəsində uçuş heyəti ilə birlikdə 337 adamın olduğunu bildirir.

Təyyarə 30 dəqiqə davam edən uçuşdan sonra Melbourne aeroportuna qaytarılıb, aviaşirkət bildirir.

Polis yerli vaxtla gecəyarıya yaxın təyyarəyə daxil olaraq şübhəlini həbs edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş