Ərəb dünyasında İD-ə qarşı serial: "Qara Qarğalar"

Serial Fotonun müəllifi Reuters
Image caption Serial İD-nin təbliğatına qarşı yönəlib

Dubayda mənzillənən Səudiyyə televiziyası özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın təbliğatına qarşı yönələn serialın nümayişinə başlayıb.

MBC peyk kanalının silsiləsi "Qara Qarğalar" adlanır.

Serialda İD nəzarətindəki torpaqlarda həyatın nə dərəcədə mərhəmətsiz olduğu göstərilir.

Reuters agentliyinin xəbərinə görə 10 milyon dollar büdcəli serialda, "Səudiyyə Ərəbistanının radikal İslama qarşı mübarizədə lider rolu" vurğulanır.

Serialda, həmçinin İD-in idarəsi altında yaşayan qadın və uşaqların həyatı bəhs olunur.

Filmdə cihadçıların sosial mediadakı təbliğatından fərqli olaraq İD tərəfindən törədilən kütləvi cinayətlər və təcavüzlər xatırladılır.

Reuters agentliyinə danışan MBC sözçüsü Mazen Hayek deyir ki, "əsas hədəf auditoriyası terror təşkilatlarını dəstəkləməyə və hətta onlara qoşulmağa meylli olanlardır".

İD-nin mediadan istifadəsinə diqqət çəkən Hayek, buna qarşı elə media vasitəsilə cavab verməyə ehtiyac olduğunu vurğulayır.

Fotonun müəllifi AFP
Image caption Serial Livanda çəkilir

Aktyorlara ölüm təhdidi

Serialın hazırlanmasında iştirak edən aktyor və heyət üzvləri İD-ə rəğbət bəsləyənlər tərəfindən ölüm təhdidləri aldığını bildirirlər.

Ərəb ölkələrində ən çox izlənilən MBC şəbəkəsinin silsiləsi 20-dən artıq seriyadan ibarətdir.

Film Livanda çəkilir.

Filmin ilk hissələrində qaçırılaraq seks köləsi kimi istifadə edilən yezidi qadınlar və uşaq əsgərlər mövzusu qaldırılır.

Serial ən çox tamaşaçının kökləndiyi iftar sonrası "pik zamanda" vaxtında nümayiş etdirilir.

Vəhhabilik təriqətinin hakim olduğu Səudiyyə Ərəbistanı İD-ni "təhdid" kimi qəbul edir.

İD qruplaşması isə Səudiyyə Ərəbistanını idarə edən sülaləni tanımır.

2003-2006-ci illərdə baş qaldıran əl-Qaidə hücumlarını dəf etmiş Səudiyyə Ərəbistanı son iki il ərzində İD-nin bombalı hücumlarına məruz qalıb.

Bu barədə daha geniş