Kabul partlayışı: Polis atəşilə etirazçılar öldürülüb

Etiraz çıxışı Fotonun müəllifi Reuters
Image caption Polis etirazçıları yaxınlıqdakı prezident sarayından məsafədə saxlamaq üçün su şırnağından istifadə edib.

Ölümcül bomba hücumu ilə bağlı hökumətin istefasına çağıran aksiya iştirakçılarına polisin atəş açması nəticəsində ən azı 5 nəfər həlak olub.

Çərşənbə günü hücumun baş verdiyi yaxın ərazi yaxınlığında toplaşanlar hökumət və Taliban hərəkatı əleyhinə şüarlar səsləndiriblər.

Xüsusi təyinatlı polis etirazçıları yaxınlıqdakı prezident sarayından kənarda saxalamaq üçün su şırnağından istifadə edib.

Çərşənbə günü Kabulda baş verən partlayış nəticəsində 90 adam həlak olub.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Fotonun müəllifi EPA
Image caption Partlayış ev və ətrafdakı maşınları zədələyib.
Fotonun müəllifi Reuters
Image caption Kabulda etiraz: Təhlükəsizliyin olmadığını deyən etirazçılar hökumətin istefasına səsləyirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş