Mosul döyüşü: onlarca sakin “İD-in nəzarətində olan ərazidən qaçarkən” öldürülüb

A displaced Iraqi man who fled from clashes, carries a wounded child in western Mosul. Photo: 3 June 2017 Fotonun müəllifi Reuters
Image caption Mosulu tək edən sakinlərin bəzilərinin xəsarət almış uşaqlarla birlikdə qaçdıqları müşahidə olunub.

İraqın Mosul şəhərində özünü İslam Dövləti adlandıran təşkilatın nəzarətində olan rayondan qaçmağa cəhd göstərən onlarca sakin öldürülüb.

Reuters agentliyinin çəkiliş qrupu şəhərin Zəncili rayonunda kişi, qadın və uşaqların yerə səpələnmiş cəsədlərini görüb.

Mülkilərin necə öldürüldüyü bəlli deyil. ABŞ-ın humanitar işçilərindən biri deyib ki, İD, adamları qaçmağa çalışarkən güllələyib.

İraq ordusu Mosul üzərinə böyük hücum əməliyyatına ötən ilin oktyabrında başlayıb.

Bu hücum havadan və qurudan ABŞ koalisiyasının zərbələri ilə dəstəklənir.

İraq rəsmiləri yayılmış bu son xəbərlər barədə şərh verməyiblər.

Fotonun müəllifi Reuters
Image caption 580 mindən çox insan Mosul şəhərini tərk edib.

Reuters agentliyinin çəkiliş qrupu şənbə günü Mosulun Zəncili rayonunun küçələrində yerə səpələnmiş onlarca kişi, qadın və uşaq cəsədlərini aşkar edib. Zəncili Mosulun hələ də İD-in nəzarətndə olan üç rayonundan biridir.

Free Burma Rangers ixlas təşkilatından Dave Eubank deyib ki, İŞİD son iki gündə bu ərazidən qaçmağa çalışan sakinləri güllələməyə başlayıb.

"Mən dünən (cümə) 50-dək meyit görmüşəm, biz amerikalılarla birlikdə balaca bir qızı və bir kişini xilas edə bilmişik" - deyib Eubank.

Qaçmağa çalışanlardan bəzilərinin İD-i hədəfləyən koalisiya zərbələri zamanı öldüyü xəbər verilir.

Yüzlərlə başqa sakin özünü cəbhənin hökumət qüvvələri hissəsinə çatdıra bilıib.

Hökumət qüvvələri və ABŞ koalisiyası İD-in mövqelərinə yaxınlaşdıqca arada qalan dinc əhali daha ağır vəziyyətə düşür.

Ötən mart ayında ABŞ koalisiyası Mosulun qərbində onun aviasiyasının zərbələrindən onlarca sakinin həlak olduğunu etiraf etmişdi.

İraqın şimalındakı Mosul şəhəri İD tərəfindən 2014-cü ildə zəbt edilib.

Bu ilin yanvarında hökumət qüvvələri İD-i şəhərin şərq hissəsindən geri oturdub və hazırda qərb hissəyə hücum əməliyyatı keçirir.

Hazırda Mosulun şimal-qərb rayonlarında və Qədim şəhər adlanan mərkəzi hissədə 100-dən az cihadçının qaldığı güman edilir. Burada 450 min sakin yaşayır.

Şəhərin azad edilməsi əməliyyatı başlanandan 580 min sakin Mosuldan qaçıb.

Onların çoxu yaxınlıqdakı qaçqın düşərgələri və qəbul məntəqələrinə sığınıb.

Bu barədə daha geniş