Heç vaxt təyyarəyə minməmiş təmirçi təyyarə hazırlayıb

Paen Long uçağıyla Fotonun müəllifi Holly Robertson
Image caption Long təyyarəni öz qarajında hazırlayıb.

Kambocada həyatında heç vaxt təyyarəyə minməmiş bir avtomobil təmirçisi, Youtube videolarına baxaraq təyyarə düzəldib.

Ölkənin cənub-şərqindəki Svay Rieng əyalətində yaşayan 30 yaşlı Pean Long, uşaqlıq xəyalını bir ildə həyata keçirib və pilot kreslosunu ayaqlarını kəsdiyi plastik stuldan, gövdəsini mazut çənindən etdiyi təyyarəsini 50 metr havaya qaldırmağı bacarıb.

Düyü tarlasında çalışan yoxsul bir ailənin altı uşağından biri olaraq dünyaya gələn Long-un təyyarə istəyi altı yaşında ikən gördüyü bir vertolyotla başlayıb.

Fotonun müəllifi Holly Robertson
Image caption Long təyyarənin hazırlanmasında ikinci əl məhsullardan istifadə edib.

Orta məktəb məzunu olan Long, üç il ərzində Youtube-da təyyarələrin enişi və qalxışı, uçuş simulasiyaları və təyyarə zavodlarının virtual turları ilə bağlı videolar izləyib və II Dünya Müharibəsində istifadə edilən birnəfərlik Yapon təyyarəsinin oxşarını etməyə qərar verib.

Başına motosiklet kaskası taxan Long qanad açıqlığı 5.5 metr olan təyyarəsini, düyü tarlaları arasındakı torpaq meydançada kəndlilərin təəccübü və istehzalı baxışları altında havalandırıb, amma təyyarə 50 metr yüksəkliyə çıxdıqdan sonra yerə düşüb.

Fotonun müəllifi Holly Robertson
Image caption Long hobbisi üçün indiyədək minlərlə dollar xərcləyib.

Long bunun səbəbini təyyarəsinin 500 kilodan çox ağır olması ilə əlaqələndirib.

İki uşaq atası olan Long, onun başına nəsə gələcəyindən narahat olan arvadının sözlərinə rəğmən, hazırda bir dəniz təyyarəsi üzərində çalışır.

Əlaqəli mövzular