Alimlər: prostat xərçənginin müalicəsində yeni dərman əla nəticələr verib

Рак простаты Fotonun müəllifi Science Photo Library
Image caption Bədxassəli şişlərin hüceyrələrini öldürən kimyəvi üsulla müalicədən fərqli olaraq, bu preparat testestoranın şişin böyüməsinə imkanı vermir.

Britaniya alimləri bildiriblər ki, prostat xərçənginin müalicəsi üçün yeni dərmanın kliniki sınağı "əla nəticələr" verib.

Yeni İngiltərə Tibb jurnalının (New England Journal of Medicine) xəbərinə görə, ki, xəstəliyin erkən mərhələsində Abiraterone adlı preparatın tətbiqi bir çox xəstələrin həyatını xilas edir.

Tədqiqatlara rəhbərlik edən Birmingham Universitetindən professor Nicolas James bildirib ki, bu preparat prostat xərçənginin müalicəsində indiyədək onun müşahidə etdiyi bütün dərmanlardan daha təsirli nəticələr verir.

Zytiga adı ilə də tanınan Abiraterone hormonal terapiya kimi tanınan dərman preparatıdır.

Bədxassəli şişlərin hüceyrələrini öldürən kimyəvi üsulla müalicədən fərqli olaraq, bu preparat testestoranın şişin böyüməsinə imkanı vermir.

Alimlər bildirirlər ki, preparatı təxminən iki min nəfərdə sınaqdan keçiriblər.

Onlardan bir qrupuna yalnız hormonal terapiya preparatları, başqalarına isə hormonal terapiya preparatları ilə yanaşı Abiraterone da verilib.

Nəticədə ikinci qrupda 184, birinci qrupda isə 262 nəfər ölüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş