Dünyada pivə satışları "azalıb"

A beer pint is served Fotonun müəllifi Sean Dempsey

İnsanlar indi daha az spirtli içki içir, dünya üzrə istehlakı izləyən yeni sənaye hesabatında deyilir.

Pivə və sidr satışları ötən il azalmağa davam edib.

Bütün spirtli içkilər üçün dünya bazarı 2016-ci ildə 1.3 faiz aşağı düşüb, buna səbəb pivə satışları 1.8 faiz azalması olub, Beynəlxalq Şərab və Spirtli İçkilər Qeydiyyatı (İWSR) aşkarlayıb.

Sidr satışlarında isə bir neçə il artım müşahidə edilsə də, ötən il 1.5 faiz azalma qeydə alınıb.

Bununla belə, beynəlxalq alkoqol satışının ümumi azalması əvvəlki beş ildə 0.3 faiz orta azalmadan xeyli yüksəkdir.

2016 üçün İWSR hesabatına görə, şərab bazarı demək olar ki, dəyişməyib (cəmi 0.1 faiz enmə) və spirtli içkilərin istehlakı 0.3 faiz artıb.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qlobal ÜDM 2016-ci ildə 3.5 faiz artsa da və adətən iqtisadi artımın daha çox alkoqol istehlakına səbəb olacağı güman edilsə də, Çin, Rusiya və Braziliyada istehlak, iqtisadi artımın ləngiməsi və ya resessiya ilə üzləşib.

Çində pivə satışı 4.2, Braziliyada 5.3 və Rusiyada 7.8 faiz azalıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş