Putin ABŞ telekanalına Trump-ın keçmiş müşaviri ilə görüşündən danışıb

Владимир Путин на Петербургском экономическом форуме Fotonun müəllifi Getty Images

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Michael Flynn Moskvada olan zaman "onunla demək olar ki, danışmadığını" bəyan edib.

2015-ci ilin dekabrında çəkilən və mətbuatda yayılan şəkildə Flynn-in Putinin sağ tərəfində oturduğu əks olunub.

Bu ilin fevral ayında müşavir təyin edilən Flynn bir ay sonra ABŞ prezidenti Donald Trump-ın inauqurasiya mərasiminə qədər Rusiya səfiri ilə saxladığı əlaqələrə görə istefa verməyə məcbur olub.


Həmçinin oxuyun:


Michael Flynn Trump-ın seçki qərargahının Kremllə ehtimal edilən əlaqələrini araşdıran istintaqın əsas fiqurlarından biridir.

"Mənim şəxsən sizinlə münasibətlərim cənab Flynn-lə münasibətlərimdən daha yaxındır. Biz sizinlə dünən axşam görüşmüşük və bu gün bütün günü birlikdə işləmişik. Və indi yenidən görüşdük ", - deyə Putin NBC kanalının jurnalisti Megyn Kelly-yə müsahibəsində bildirib.

"Mən bizim Russia Today şirkətinin tədbirinə gəldim və masa arxasında oturdum. Mənim yanımda centlemen oturmuşdu. Mən öz çıxışımı etdim. Sonra biz daha nə barədəsə danışdıq. Sonra mən qalxdım və getdim. Bundan sonra məndən "Sizinlə yanaşı kimin oturduğunu bilirdiniz?" deyə soruşdular. O nə zamansa təhlükəsizlik xidmətində çalışıb. Bu qədər. Mən onunla çox az danışdım", - deyə Putin müsahibəsində qeyd edib.

Bu konfransda etdiyi çıxış üçün 45 min dollar qonorar alan Michael Flynn Rusiya prezidentinin yanında oturmaq şərəfinə nail olub.

2016-cı ilin avqustunda Michael Flynn Washington Post qəzetinə müsahibəsində Putinlə yanaşı oturmaq üçün xahiş etmədiyini bildirmişdi.

"Mən qonaqlardan biri idim. Orda maraqlı xarakterlər vardı Mənim firkimcə, yeni nəsə öyrənmək üçün imkan vardı. Məsələn, Putin ABŞ-ın özünə deyil, rəhbərliyinə hörmət etmir ", - deyə müsahibəsində söyləmişdi.

Michael Flynn kimdir

Michael Flynn Donald Trump administrasiyasının təhlükəsizlik üzrə keçmiş müşaviridir.

Bu ilin fevral ayında Rusiya səfiri Sergey Kislyakla əlaqələri barədə tam informasiya vermədiyini etiraf edən Flynn istefa verib.

İstefa bəyanatında Flynn Trump-ın inauqurasiyası ərəfəsində hadisələrin sürətlə inkişafı ucbatından "ehtiyatsızlıq edərək vitse-prezidentə Rusiya səfiri ilə telefon söhbəti barədə tam məlumat vermədiyini" etiraf edib.

"Mən prezidentdən və vitse-prezidentdən səmimi olaraq üzr istədim və onlar mənim üzrümü qəbul etdilər ", - deyə Flynn bəyanatında bildirib.

Cənab Kislyakla telefon danışığına görə Flynn 1978-ci ildə ABŞ-da qəbul edilən Logan aktını pozmaqda şübhəli bilinir.

Bu akt rəsmi qaydada səlahiyyəti olmayan ABŞ vətəndaşlarına hökumətlə fikir ayrılığı olan xarici dövlətlərin rəsmi nümayəndələri ilə danışıqlar aparmasını qadağan edir.

Fotonun müəllifi Reuters
Image caption Michael Flynn

Flynn rəsmi Moskvanın ABŞ-dakı seçkilərə təsir göstərmək cəhdləri barədə bildirkərini cinayət məsuliyyətinə cəlb edilməməsi qarşılığında and içərək danışmağa hazır olduğunu bəyan edib.

Bu məsələdə Donald Trump da onu dəstəkləyib. O, Flynn-ə toxunulmazlığa nail olmağı tövsiyyə edərək Senatdakı mühakimələri "əcinnə ovu" adlandırıb.

Lakin sonradan Flynn tələb olunan sənədləri Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiasına dair istintaqı aparan Senata verməkdən imtina edib.

Bu barədə daha geniş