Yaponiyada çox işləməklə bağlı ölümlər artır

Michiyo Nishigaki
Image caption Miçiyo Nişigaki-nin oğlu Naoya "karoşi" kimi tanınan çox işləməyə bağlı bir xəstəlikdən vəfat edib.

Yaponiya dünya üzrə iş saatı ən uzun olan ölkələrdən biridir. Ölkədə son illərdə çox işləməklə bağlı olüm hallarının artdığı bildirilir.

Yaponlar iş saatı ilə bağlı hökuməti dəyişikliklər etməyə çağırıb.

Onlardan biri, Miçiyo Nişigaki-dir. Nişigaki-nin oğlu Naoya məzun olduqdan sonra Yaponiyanın ən böyük telekommunikasiya şirkətlərindən birinə işə düzəlib.

Anası da oğluyla qürur duyurdu. Naoya kompüterləri xoşlayan bir gənc idi və işini Yaponiyanın rəqabət bazarında qaçırılmayacaq bir fürsət kimi görürdü.

Amma iki il sonra işlər tərs getməyə başladı.

Xanım Nişigaki "Oğlum çox məşğul oluğunu, amma özünü yaxşı hiss etdiyini söyləyirdi" deyib və oğlunda müşahidə etdiyi dəyişikliklər barədə danışıb:

"Atamın dəfn mərasimində iştirak etmək üçün evə gəldi, amma yataqdan qalxmırdı."Qalxa bilmirem. Icazə ver bir az yatım. Üzr istəyirəm ana, amma icazə ver' dedi."

Image caption Yaponiya inkişaf etmiş ölkələr arasında ən uzun iş saatına sahib olan ölkədir.

Nişigaki iş yoldaşılarından oğlunun gecə-gündüz işlədiyini öyrəndi.

"Ümimiyyətlə, qatarın son yola düşmə saatına qədər işləyirdi, Qatara çatmayan zaman ofisdəki masada yatırdı. Ən pisi isə bir dəfə gecədən səhərə qədər qalaraq həmən günü saat 10-a kimi işləmişdi. Bu isə toplam 37 iş saatı edir " anası deyir.

İki il sonra 27 yaşında olan Naoya həddən artıq dozada dərman qəbul etdiyi üçün vəfat etdi.

Ölümünə isə rəsmi olaraq "Karoşı" diaqnozu qoyuldu. "Karoşi" Yaponiyada həddən artıq işləmək səbəbindən nəticələn ölümü təsvir edən bir ifadədir.

Çox işləməyin təsiri

Yaponiyada iş saatının uzun olması yeni hadisə deyil. Uzun iş saatının tətbiq edilməsi ilk dəfə 1960-cı ildə başlayıb.

Son dövrlərdə isə karoşi ölümlərində artım başlayıb.

Yaponiyanın Dentsu reklam agentliyində işləyən 24 yaşlı Matsun Takahaşi 2015-ci ildə Yeni İl günü qaldığı yataqxanadan özünü ataraq intihar edib.

Takahaşinin ölümündən sonra çox az yatdığı, ayda ən az 100 saat əlavə işlədiyi ortaya çıxıb.

İşləyən gənclərə köməklik göstərən Posse adlı təşkilatın nümayəndəsi Makoto İvahaşi bunun, xüsusilə yeni işə başlayanlar arasında qeyri-adi hadisə olmadığını söyləyir.

Fotonun müəllifi Getty Images
Image caption Dentsu reklam şirkətinin başçısı Tadaşi İşii Takahaşi-nin ölümündən sonra istefa verdi.

Gələn şikayətlərin çoxunun iş saatının uzun olmasıyla bağlı olduğunu bildirən İvahaşi "bu çox kədərlidir, çünki işləyən gənclərin başqa yolu yoxdur. İşdən imtina etməyəcəyiniz təqdirdə 100 saat əlavə işləmək məcburiyyətindəsiniz. İşdən imtina edəcəyiniz təqdirdə isə həyatda qala bilməyəcəksiniz" deyir.

İvahaşi-nin fikrincə, iş təhlükəsizliyinin azalması vəziyyəti daha da pisləşdirir:

"1960-70-ci illərdə karoşi movcud idi. Amma fərq vardı. Onlar uzun iş saatı işləsələr də ömur boyu iş təminatı alırdılar. Lakin artıq bu belə deyil."

Rəsmi rəqəmlərə görə, hər il karoşi diaqnozu ilə ölənlərin sayı yüzə çatır. Bu ölümlərin səbəbləri adətən ürək çatışmazlığı, intihar və iflic olur.

Lakin işləyən gənclərin hüquqları uğrunda mübarizə aparan təşkilatların verdirkləri ölüm sayı rəsmi rəqəmlərdən daha yüksəkdir.

Fotonun müəllifi Getty Images
Image caption Yaponiyadakı şirkətlərin dörddə birində işçilər ayda 80 saatdan çox əlavə işləyirlər.

Aparılan bir araşdırmaya görə, yapon şirkətlərinin təqribən dörddə birində işçilər ayda 80 saatdan çox işləyirlər, amma çox vaxt maaş ala bilmirlər. İşləyənlərin yüzdə 12 faizi isə ayda 100 saat işləyir.

Yeni dəyişikliklər edilməsi üçün hökumətə qarşı təzyiqlər artır, amma on illərdir ki, davam edən bu iş qaydasını dəyişdirmək asan deyil.

Bundan başqa Yaponiyada iş yoldaşlarından və ya müdirdən əvvəl işdən çıxmaq hec də yaxşı qarşılanmır.

Bu ilin əvvəlində hökumət hər ayın son cümə gününü "Fərqli gün" elan etdi və şirkətləri işçiləri günortadan sonra saat 3-də evə buraxmağa çağırdı. Hökumət bununla yanaşı yapon işçilərin daha artıq istirahət etmələrini təklif edib.

İşçilərə bir il içində 20 gün icazə almaq haqqı verilsə də, işləyənlərin yüzdə 35 faizi bundan istifadə etmir.

Image caption Hitoşi Ueno işləyənlərin ofisdən kənarda keçirdikləri vaxtdan ləzzət almalarının vacib olduğunu söyləyir.

Tokio-nun Toşima rayonunda yerli inzibati orqanların yerləşdiyi binalarda axşam saat 7-də işıqları söndürməyə başladılar. Bu yolla işləyənləri evə getməyə həvəsləndirirlər.

Bu yolla nəsə etmək istədiklərini söyləyən müdir Hitoşi Ueno "Bu yalnızca işləmək saatlarını kəsməyə bağlı olan bir şey deyil. Hər kəsin daha fəal, daha məhsuldar olmasını istəyirik. Beləliklə, hər kəs ona məxsus vaxtını qoruyub saxlaya bilər və bundan ləzzət alar" deyib.

Uzun iş saatı, aşağı məhsuldarlıq

Yaponiya dünyanın ən uzun iş saatına sahib olsa da, G7 ölkələri arasında məhsuldarlığı ən az olan ölkədir.

İşləyənlərin haqqlarını müdafiə edənlər tədbirlərin kifayət qədər olmadığınıı və əsl problemə, "gənclər arasında uzun iş saatına bağlı baş verən ölüm hadisələrinə" yetərincə diqqət ayrılmadığını söyləyirlər.

Onlar işləyənlərə təklif olunan əlavə iş saatı vaxtlarının qanunla məhdudlaşdırılmasının lazım olduğunu müdafiə edirlər.

Bu ilin əvvəlində hökumət əlavə iş saatının müddətini ayda ortalama 60 saatla məhdudlaşdırıb. Şirkətlər "işin çox olduğunu" səbəb kimi göstərərək əlavə 100 iş saatına icazə verirdilər. Bu icazə isə "Karoşinin qırmızı xətti" olaraq qəbul edilir.

Fotonun müəllifi Getty Images
Image caption Yaponiya inkişaf etmiş ölkələr arasında ən uzun iş saatına sahib olsa da, məhsuldarlığı ən aşağı olan ölkələr arasında yer alır.

Müxalifət isə hökuməti işləyənlərin canı bahasına iqtisadi maraqlara üstünlük verməkdə günahlandırır. Son 30 ildə baş verən karoşi hadisələrini araşdıran akademik Koji Morioka "yaponlar hökumətə inanır, amma özlərini xəyanətə məruz qalmış kimi hiss edirlər" deyir.

Son illərdə gənclər arasında ölüm halları artıb. İşləyənlərin hüquqlarını müdafiə edənlərin də sayı artmaqdadır.

Oğlu Naoya-nı itirən Miçiyo Nişigaki-nin fikrincə, "Yaponiya əl üstündə gəzdirilməsi lazım olan işləyən gəncləri öldürür".

"Şirkətlər öz maraqlarını güdürlər. Oğlum və digər gənclər işləməyə nifrət etmirlər, bacarıqlıdırlar və ortaya yaxşı iş çıxarmaq istəyirlər."

"Onlara uzun iş saatı və ya sağlıq problem olmadan işləmək fürsəti verin. Ölkəmiz üçün onlara sahib olmaq bir imtiyazdır."

Bu barədə daha geniş