Buz adamı Otzi-ni kim öldürüb?

Ötzi Fotonun müəllifi SOUTH TYROL MUSEUM OF ARCHAEOLOGY

Otzi İtaliyanın şimalındakı Alp dağlarının zirvəsində bundan 5300 il əvvəl kürəyindən oxla vurulub.

Oxun arterial damara dəyməsi nəticəsində Otzi böyük ehtimalla bir neçə dəqiqə ərzində çoxlu qan itirməsindən ölüb.

Bədəni buzlaqların altında qalaraq donan adam dünyanın ən qədim və ən yaxşı qorunub saxlanan mumiyalarından biri olaraq tarixə düşüb.

Otzi ilk dəfə 1991-ci ildə kəşf edilib. Alimlər 10 il sonra isə onun çiyninə saplanmış daş oxun başını tapdılar.

Ancaq tədqiqatçılar bir neçə ay əvvəl yüksək səviyyəli bir dedektivin apardığı istintaq nəticəsində Otzi-nin necə vurulması sualının üzərində düşünməyə başladılar.

Bu bir cinayət hadisəsidir? Otzi-yi kim öldürə bilərdi?

5300 illik açılmamış cinayət

Otzi-nin bədənin nümayiş etdirildiyi Cənubi Tirol Arxeoloji Muzeyinin direktoru Angelika Fleckinger Münxen Polis Departamentindən detektiv Alexander Horn-u istintaq aparmaq üçün çağırıb.

Horn-a daha əvvəllər "açılmamış cinayətlərlə məşğul olub-olmadığı soruşulub.

"Daha əvvəllər məşğul olduğum açılmamış cinayətlər 20 illik, 30 illik cinayətlər olub. Bu dəfə isə 5300 illik bir cinayət işini araşdırmağımı istəyirdilər ."

Fotonun müəllifi SOUTH TYROL MUSEUM OF ARCHAEOLOGY
Image caption Alimlər Otzi-nin yeyib-içdiklərindən tutmuş nəslinin davamına qədər hər şeyi araşdırıb.

Dedektiv Horn ilk əvvəl cəsədin pis vəziyyətdə olduğunu düşündü. Ancaq Otzi-nin cəsədi dedektivin o günlərdə üzərində işlədiyi ölü bədənlərdən daha yaxşı vəziyyətdə idi.

Hadisə baş verən yeri ziyarət edən Horn meyit üzərində 25 ildir davam edən araşdırmayı daha da dərinləşdirərək yaraları və mədəni də araşdırıb. Araşdırmanın nəticələri Horn-nun nəzəriyyəsini dəstəkləyirdi.

"Bu həddən artıq bir cinayətə bənzəyirdi " deyən Horn sözlərinə belə davam edir:

"Otzi böyük ehtimalla təqribən 30 metrlik məsafədən vuruldu. Yəni ki bu, yaxın təmasdan həyata keçiriliən cinayət deyildi."

Otzi-nin əlindəki bıçaq yarası

Horn Otzinin vurulmadan əvvəl buzlaqların üstündə hər şeydən xəbərsiz istirahət etdiyini və oxuyla davranamadığını təxmin edir.

Horn "Otzi ağır bir yemək yeyirdi, yayınmaq istədiyi bir şey və ya tələsən yeri yox idi" deyir.

Diqqəti çəkən başqa bir dəlil isə Otzi-nin ölümündən iki gün əvvəl aldığı yara idi. Otzi böyük ehtimalla bir davada iştirak etmişdi.

Bu yara aktiv bir müdafiə yarasına bənzəyirdi.

Məsələn, biri sizi bıçaqlamağa çalışan zaman bıçağı tutaraq itələmək istədiyinizdə aldığınız yara kimi.

Fotonun müəllifi Image copyright
Image caption Alp dağlarında yolunu azan iki turist 1991-ci ildə buzlaqların içində donan Otzi-nin bədəniylə qarşılaşıblar.

Otzi-nin başqa yarası olmadığı üçün onun döyüşdən qalib çıxdığı təxmin edilir .

Horn və onun komandası buzlaqların üstündəki davanın iki gün əvvəl baş verən davanın davamı olduğunu, qatilin Otzi-yi Alplara qədər təqib edib vurduğunu təxmin edir.

Lakin qatil Otzi-yə məxsus mis baltasını və başqa digər dəyərli alətini oğurlamayıb

Nifrət, qısqanclıq yoxsa intiqam?

Horn-un fikrincə bu bir şəxsi məsələydi.

İtalyan dedektiv "Burda məsələnin nifrət, qısqanclıq.,yoxsa intiqam olduğunu sizə deyə bilmərik " deyir.

Arxeoloji muzeyin direktoru Angelika Fleckinger Otzi-nin ölümüylə bağlı sirr pərdəsinin aralanmasında əldə etdiklər nöqtədən razıdır.

Horn isə "Cinayəti aça bilmədiyimiz həqiqətiylə razılaşa bilmirəm " deyir.

Bu cinayətin nə zamansa açıla biləcəyinə ümidi az olan Horn qüssəli bir təbəssümlə "Qatil cəzasız qaldı. Bu da istintaq zamanı xoşlamadığım bir şeydir ", deyə söyləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş