Qətər qalmaqalı: Səyahət edənlərə nə təsiri olacaq?

Qatar Airways aviaşirkətinin ofisi. Ər-Riyadh, Səudiyyə Ərəbistanı Fotonun müəllifi AFP

Bir çox aviaşirkətlər Qətər paytaxtı Dohaya uçuşları dayandırıb. Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Liviya və Yəmən kimi dövlətlər Qətər ilə diplomatik əlaqələri kəsib.

Onlar Qətəri İslam terror qruplarını dəstəkləməkdə ittiham edir, Qətər isə həmin ittihamları rədd edir.

Bu ölkələr hava məkanlarını Qatar Airways-in üzünə bağlayıb.

Bəs, sərnişinlər indi nə etməlidir?

Qalmaqal kimə təsir edəcək?

Qətərdən Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn istiqamətində və ya geriyə uçanların hamsı bu qalmaqalın təsirini hiss edəcəklər.

Təsiri hiss edənlər arasında eləcə də Qətər üzərindən tranzit uçuşlar edənlər də olacaq - misal üçün, Sinqapurdan Qahirəyə, və ya Londondan Ər-Riyada Doha üzərindən uçanlar bu qalmaqlın təsirini hiss edəcəklər.

Mən Qatar Airways ilə BƏƏ/Səudiyyə Ərəbistanı/Bəhreyn/Misir istiqamətində və ya əks istiqamətdə uçmalıyam. Mən nə etməliyəm?

Qatar Airways sadalanan ölkələrə uçuşları növbəti göstərişədək dayandırıb.

2017-ci il 5 iyun-6 iyul arası tarixlərədə uçuş sifariş edənlər, istifadə edilməmiş biletlərini qaytarıb pullarını tam həcmdə geri ala bilərlər.

Və ya sifariş etdikləri uçuşu, cəriməsiz başqa tarixə keçirə bilərlər. Amma bunu yalnız bir dəfə etmək olar və yeni uçuş tarixi ilə əvvəlki arasında müddət 30 gündən çox olmamalıdır.

Bilet sifariş etmiş sərnişinlər əlavə məlumat üçün +974 4023 0072 nömrəsinə zəng vura və ya Qatar Airways şirkətinin yerli nümayəndəliyinə müraciət edə bilərlər .

Mənim BƏƏ/Səudiyyə Ərəbistanı/Bəhreyn/Misir-ə Doha üzərindən Qatar Airways ilə tranzit uçuşum var. Mən nə etməliyəm?

Bu mümkün olmayacaq. Lakin IATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının qaydalarına əsasən, sizə digər avişirkətlərin təyyarələrilə uçuş imkanı verilməlidir.

Misal üçün, Doha üzərindən Londondan Dubaya uçanlara Qatar Airways alternativ variant təklif etməlidir - birbaşa və ya tranzit uçuş.

Şirkət, bu şərtin yerinə yetirilməsinin alternativ uçuşların olub-olmayacağından asılı məsələ oluğunu qeyd edib.

Bu səbəbdən, sərnişinin uçuşu planlaşdırdığı vaxta təsadüf etməyə də bilər.

Yenə də, bu məsələ ilə bağlı, sərnişinlər +974 4023 0072 nömrəsinə zəng vura və ya Qatar Airways şirkətinin yerli nümayəndəliyinə müraciət edə bilərlər .

Qatar Airways ilə uçuş ayrı məntəqəyədir. Nə dəyişəcək?

Aviaşirkət bu zaman hər şeyin normal qaydada olacağını vəd edir. Sərnişinin Qətərə və ya Qətərdən uçmaq imkanı var.

Yəni, misal üçün Sinqapurdan Londona Doha üzərindən uçuşlara qalmaqalın təsiri olmayıb.

Lakin Qatar Airways şirkəti Səudiyyə, BƏƏ, Bəhreyn və Misirin hava məkanından istifadə etmədiyinə görə, fərqli marşrut seçməli olacaq.

Nəticədə, bəzi marşrutlarda uçuş vaxtı uzana bilər, bu isə Qatar Airways-in yanacaq xərclərini artıra bilər - lakin şirkət hələlik bu məsələyə toxunmayıb.

Daha hansı aviaşirkətlərə qalmaqalın təsiri ola bilər?

Təsiri hiss edən təkcə Qatar Airways deyil. Əgər uçuşunuz Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, BƏƏ arasındadırsa, onda bu uçuş baş tutmayacaq.

Bu marşrutlarda sərnişindaşımaları ilə Etihad, Emirates, Flydubai, Air Arabia, Gulf Air, Saudi Arabian Airlines (Saudia) və Egyptair şirkətləri məşğul olur. Bütün aviaşirkətlərin qeyd olunan marşrutlara bilet sifariş edənlərə təklifi eynidir - ya bileti qaytarıb pulu geri almaq, və ya bileti alternativ istiqamətlərə dəyişmək.

Fotonun müəllifi Reuters
Image caption Etihad şirkətinin təyyarələri Dohadan havaya qalxmayacaq

Emirates: Bileti qaytarmaq üçün Emirates şirkətinin ofisinə online müraciət etmək olar .

Etihad: Sərnişinlər +971 2599 0000 nömrəsinə zəng vura və ya vebsayt vasitəsilə əlaqə saxlaya bilərlər.

FlyDubai: +971 600544445, +974 4 4227350/51 nömrələrinə zəng etmək və ya Facebook səhifəsinə mesaj göndərmək yolu ilə əlaqə saxlamaq mümkündür.

Air Arabia: BƏƏ aviaşirkətinin müştəriləri +971 6 5580000 nömrəsinə zəng vura və ya vebsayt vasitəsilə əlaqə saxlaya bilərlər.

Gulf Air: Bəhreyn milli aviaşirkət reysi ilə uçuş sifariş edənlər +973 17373737 nömrəyə zəng edə bilərlər və ya vebsayt vasitəsilə əlaqə saxlaya bilərlər.

Saudia və Egyptair şirkətləri xüsusi əlaqə nömrələrini açıqlamayıblar.

Qətərdən BƏƏ/Səudiyyə Ərəbistanına/Bəhreynə/Misirə uçmaq istəyənlər nə etməlidir?

Birbaşa uçuşlar yoxdur. Sərnişinlər tranzit ərazi kimi, qadağanın şamil olunmadığı ölkələrdən birinə yollana bilərlər, və oradan isə nəzərdə tutulan ünvana çatmaq mümkündür.

Misal üçün, Oman Air və Kuwait Airways hələlik Dohaya uçuşlar həyata keçirməkdədir, demək, sərnişinlər Muscat və ya Kuwait şəhəri üzərindən səyahətlərini davam edə bilərlər.

Lakin nəzərə almaq lazımdır ki, əgər siz BƏƏ, Səudiyyə, Bəhreyn, Misir, Yəmən və Liviya vətəndaşısınısza, onda sizə Qətərə daxil olmaq icazə verilməyə bilər, və əksinə Qətər vətəndaşlarına sadalanan ölkələrə ayaq basmaq hazırda qadağandır.

Bu məhdudiyyətlər nə qədər çəkəcək?

Qadağaların bitəcəyi tarixi məlum deyil.

Gələn aya bu istiqamətlərə bilet sifariş edənlər, deyəsən, olmayacaq. Əlbəttə ki, problemin tez bir zamanda çözüləcəyinə ümid edənlər var. Amma digər tərəfdən, necə deyərlər, bu xəmirin çox su aparacağını da istisna etmək olmaz..

Əlaqəli mövzular

Bu barədə daha geniş