Financial Times: Qətər böhranına 1 milyard dollarlıq fidyə sövdələşməsi səbəb olub

Kataib Hizbullah Fotonun müəllifi AFP

İngiltərənin Financial Times qəzetinin yazdığına görə, Körfəz ölkələrinin Qətərlə bütün əlaqələrini kəsməsinə səbəb Doha-nın, Əl-Qaidə ilə əlaqəli olan Təhrir əş-Şam qrupu və İranın dəstəklədiyi şiə silahlılarına 1 milyard dollarlıq fidyənin ödəməsi olub.

Bölgədəki müxtəlif tərəflərdən alınmış məlumat əsasında diplomatik mənbələr fidyənin ödənməsini təsdiqləyiblər.

Financial Times, aprel ayında İraqın cənubuna ova yollanan Qətər kral ailəsinin 26 üzvünün Əl-Qaidə ilə əlaqəli qruplar tərəfindən qaçırıldığını və bundan sonra Qətərdən onların azad olunması üçün pul istənildiyini bildirib.

Financial Times-ın danışdığı Qətərin bir hökumət səlahiyyətlisi fidyənin ödənməsini təsdiqləsə də, bu barədə geniş məlumata malik olmadığını bildirib.

Qəzetə məlumat verən Suriya müxalifətinin üzvləri isə Təhrir əş-Şam qrupuna edilmiş ödənişin 300 milyon dollar təşkil etdiyini qeyd ediblər.

Fotonun müəllifi AFP

İran və şiə silahlılarına 700 milyon dollar

Financial Times-ın yazdığına görə, Səudiyyə Ərəbistanını qəzəbləndirən bölgədəki ən böyük rəqibi İranın dəstəklədiyi şiə qrupları və Tehrana edilən ödəmələr olub.

Bir diplomatın sözlərinə görə, "Qətərın İrana ödəniş etməsi Səudiyyə Ərəbistanı üçün səbr kəsasını daşdıran son damla olub"

Təhrir əş Şam-a edilən fidyə ödəməsilə əlaqəli olaraq İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən Hizbullah Briqadaları vəTehran rəhbərliyinə ümumilikdə 700 milyon dollar ödəndiyi deyilir.

Financial Times-a məlumat verən bölgədəki iki diplomat, 2015-ci ildə Qətər vətəndaşlarının Hizbullah Briqadaları tərəfindən qaçırıldığını və İranda əsir saxlanıldığını bildirib.

Fotonun müəllifi AFP

Suriya ilə əlaqə.

Məlumata görə, milyonlarla dollarlıq fidyə sövdələşməsi Suriyada mühasirədə olan 4 məskəni və bölgədə fəaliyyət göstərən silahlı dəstələri əhatə edib.

Suriya müxalifətinə istinad edən Financial Times-a görə, iki məntəqə cihadçı qruplar tərəfindən, digər ikisi isə şiə təşkilatları tərəfindən mühasirəyə alınıbmış.

Qətər hökümətinin Təhrir əl-Şama 120-140 milyon dollar, Əhmər əl-Şama isə 80 milyon dollar ödədiyi iddia olunur.

Qəzet Hizbullah Briqadaları təşkilatı üzvünün sözlərini iqtibas edərək bildirib ki, "400 milyon dollar Tehrana göndərilib".

Bu barədə daha geniş