İraq kürdləri sentyabrda müstəqillik referendumu keçirəcəklər

İraq kürdləri - Kərkük, Iraq (6 aprel 2017) Fotonun müəllifi Reuters
Image caption İraq kürdləri müstəqillik referendumu keçirəcəklər

İraqda hökumət və Kürdüstan muxtariyyətinin regional höküməti sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə razılığa gəliblər.

Referendumun tarixi Ərbildə keçirilmiş toplantıda razılaşdırılıb.

Görüşə prezident Məsud Bərzani sədrlik edib.

İraqın mərkəzi höküməti kürdləri referendumu keçirməməyə çağırıb.

Qonşu İran, Türkiyə, Suriya və eləcə də ABŞ, tarixən müstəqillik əldə etməyə yönələn cəhdlərə etiraz ediblər.

Aprel ayında yüksəkvəzifəli kürd rəsmisi Hoşyar Zebari Reuters-ə bildirmişdi ki, referendumda "hə" səslərinin qalib gəlməsi müstəqilliyin mütləq sürətdə elan olunacağı demək olmayacaq.

Fotonun müəllifi Reuters
Image caption İclasa prezident Məsud Bərzani sədrlik edib

Əlaqəli mövzular

Bu barədə daha geniş