Britaniyada erkən parlament seçkiləri başlayır

İngiltere seçimler Fotonun müəllifi Getty Images

Bu gün Böyük Britaniyada milyonlarla seçici erkən parlament seçkilərində iştirak edir.

Bakı vaxtilə saat 10:00-da başlayan səsvermə prosesi Bakı vaxtilə saat 19:00-da başa çatacaq.

46.9 milyon seçici 650 millət vəkilinin seçilməsi üçün 40 min məntəqədə səs verəcək.

2015-ci ildə isə səs vermək üçün qeydiyyatdan keçən 46.4 milyon seçici var idi.

Bu il seçicilərin 16,4 faizi poçt yolu artıq səs verib.

2015-ci ildə seçkilərdə iştirak 66,4 faiz olub.

Son seçkilərdə Mühafizəkarlar partiyası Parlamentdə 650 yerin 331-ni qazanıb, Leyboristlər isə 232 yerlə kifayətlənməli olub.

326 yeri qazanmaq üstünlük əldə etmək üçün bəs olur.

Bundan əvvəlki seçkilərdə səsvermə məntəqələri məktəblərdə, icma və dini mərkəzlərdə, hətta pub-larda, paltaryuma məkanı və avtobusda da yerləşib.

Gecə yarısı ilkin nəticələr, cümə günü axşamı isə son nəticələr bilinəcək.

Əlaqəli mövzular