Əfqanıstan: Talibanın özünü dünyaya tanıtmaq cəhdi
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Taliban torpaqlarında 4 gün: BBC müxbirinin gördükləri

Britaniya əsgərlərinin çoxsaylı itki verdiyi və indi dağıdılmış Sangindən keçib Musa Qalaya doğru gedirik. Taliban nümayəndəsi də yanımızdadır.

Səs-küylü bu bazar Əfqanıstandakı digər bazarlara bənzəyir... amma qadınlar gözə dəymir ... Taliban təsirinin digər əlamətləri də var.

Əfqanıstan hökümət qoşunlarından tutulmuş patronlar burada hərəsi 25 sentə satılır.

Bazardan sonra yerli məktəbə üz tuturuq. Burada ilahiyyət dərsidir - tələbələr yalnız oğlanlardır.

Taliban təmsilçimiz inandırmağa çalışır ki, başqa fənlərdən də dərs keçilir və qızlar da təhsil ala bilər. Sadəcə burada yox.

Reallıq göründüyündən daha mürəkkəbdir. Taliban əvvəllər məktəbləri yandırıb, indi isə mərkəzi hökümətin maliyyələşdirdiyi məktəbi idarə edir.

Taliban məktəblərlə yanaşı xəstəxanaları da idarə edir. Bura yerli xəstəxanadır. Hökümət maliyyələşdirir, lakin təchizat qıtlığı var.

Burada rentgendən keçmək də mümkünsüzdür. Qadın həkim və ya uşaq həkimi yoxdur. Bir cərrah var, o da çıxıb gedir, çünki 6 aydır ki, maaşı ödənilmir.

Növbəti gün və Talibanın sözçüsü ilə görüş.

Əfqanıstanda onlar zidiyyətli təşkilatdır - bir çox ölümlərə görə məsuliyyət daşıyırlar.

Lakin hökumətə münasibətlərini dəyişdiklərini deyirlər.

"Biz dünya ilə dost münasibətlər qurmaq istəyirik. Əfqanıstanın qonşularına problem yaratmasını istəmirik , düşmənçiliyimiz ölkəmizi işğal edənlərlədir".

Talibanın hələ də ciddi qaydaları var. Bir yeniyetmə deyir ki, Bollywood filminə baxdığına görə, 40 şallaq ilə cəzalandırılıb. Burada musiqi alətləri və mobil telefonlar qadağan olunub.

Amma bu qaydalar heç də həmişə tətbiq olunmur.

Taliban ərazisinə 4 günlük səyahətdən sonra geri dönmək vaxtı gəlib çatır.

Əlaqəli mövzular