Səudiyyə futbol rəhbərliyi Londonda ölənlərin xatirəsinə saymazlığa görə üzr istəyib

1 dəqiqəlik sükut Fotonun müəllifi Reuters
Image caption Səudiyyə komandası Avstraliya komandası kimi hərəkət etməyib

Səudiyyə futbolunun rəhbərləri milli komanda üzvlərinin Londonda ölənlərin xatirəsinə qarşı saymazlığa görə üzr istəyiblər.

Avstraliyada keçirilən beynəlxalq futbol matçının əvvəlində Londonda baş verən hücum zamanı ölənlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.

Adelaide Oval-da Avstraliya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən Dünya Çempionatının seçmə mərhələsinin kvalifikasiya matçında, Londonda ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq Avstraliya milli komandasının üzvləri futbol meydançasının mərkəzində sıraya düzülüblər.

Səudiyyə futbolçuları meydanda oyun mövqelərini tutublar.

Bir avstraliyalı deputat hadisəni "biabırçı" adlandırıb.

Futbol rəsmiləri bildiriblər ki, "bu ənənənin Səudiyyədəki ənənələrə uyğun gəlmədiyi" barədə qabaqcadan xəbərdar ediblər.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası cümə günü "qeyd-şərtsiz" üzr istəyib.

"Oyunçuların, qurbanların xatirəsinə və ya onların ailələrinə və dostlarına hər hansı bir hörmətsizlik göstərmək niyyəti olmayıb", - Səudiyyə tərəfi bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Avstraliya - Səudiyyə Ərəbistanı futbol matçının əvvəlində bir dəqiqəlik sükut

Bu barədə daha geniş