BƏƏ səfiri: "Qətər çox məhvedici bir siyasətə idarəçilik edir"

Ömər Saif Ğobaş
Image caption Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rusiyaya səfiri Ömər Saif Ğobaş.

BBC-nin Today radio verilişinə verdiyi müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rusiyadakı səfiri Ömər Saif Ğobaş Qətərin regionda "məhvedici siyasətə idarəçilik" etdiyini iddia edib.

Lakin Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdul Rəhman əl-Tani bu iddarı rədd edərək "Qətər hökumətinin ifrat islamçıları dəstəkləməsinə dair heç bir dənə də dəlil olmadığını" deyib.


BƏƏ-dən iddialar

BBC ilə müsahibəsində BƏƏ-in Rusiyaya səfiri Ömər Saif Ğobaş bu suallara cavab verib.

- Qətərin terrorçuluğu maliyyələşdirdiyini deyəndə nəyi nəzərdə tutursunuz?

- Terrorçuluğu maliyyələşdirmək terrorçuların bəzi hərəkələrini dəstəkləməkdir. Qətər hökumətinə gəldikdə bu onların bəzi siyasi hədəflərini əldə etməyə imkan verir...

- Demək istəyirsiniz ki, Qətər terrorçulara pul verir?

- Bəli, biz buna inanırıq.

- Buna inanırsınız, yoxsa bunu əsaslandıran dəlilləriniz var?

- Xeyir, bizim dəlillərimiz var və onların nə etdiyini görmüşük. Biz onların hansı təşkilatlar üçün etibarlı sığınacaq olduğunu görmüşük. Həmas daxil olmaqla, Müsəlman Qardaşları daxil omlaqla... Müsəlman Qardaşlarının ruhani lideri Yüsif əl-Qaradavi. O, canlı bombaları və terrorçuluğu dəstəkləyən inanılmaş şərhlərilə tanınır...

- Sizin şikayətiniz onların bu qruplara mövcüd olmağa imkan yaratmaları və dəvət etmələridir, yoxsa onları maliyyələşdirmələridir?

Onlar [bu təşkilatları] həm dəvət edirlər, mövcüd olmalarına imkan yaradırlar və həm də maliyyələşdirirlər. Onların həmçinin onları idarə edirlər.

- Nəyi idarə edirlər?

- Bizim fikrimizcə, onlar qətərlilərin özü və region üçün anlaşılmaz dərəcə də məhvedici siyasətə idarəçilik edirlər. Biz buna qarşıyıq, çünki biz düşünürük ki, siyasi İslam və ifrat İslam Yaxın Şərqdə bizə lazım olan iqtisadiyyatları və cəmiyyətləri yaratmayacaq.

Biz qətərlilərdən dəfələrlə soruşmuşuq ki, nə üçün onlar bu cür məhvedici siyasəti dəstəkləyirlər. Burada məntiqi anlamaq çox çətindir. İnsanlar yarışda qalib gələcək ata pul qoyduqlarını düşünürlər. Amma bu, qalib olan bir at deyil və bu, ərəblərin layiq olduğu Ərəb dünyasına yardım etməyəcək.


Image caption Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Abdul Rəhman əl-Tani.

"Bir dənə də dəlil yoxdur"

Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Abdul Rəhman əl-Tani isə BBC-ə bunları deyib:

"Prezident Trump-ın tvitinə gəldikdə, biz birbaşa prezident Trumpla görüş keçirmişik. O və Qətərin Əmiri görüşüblər və o, bizə açıq şəkildə dedi ki, "Biz regionda bir neçə ölkənin terrorçuluğu maliyyələşdirməsinə dair iddialar əldə etmişik və bu iddiaların bəzilərinin Qətər və Səudiyyə Ərəbistanı barədə olduğunu görmüşük".

O bunu bir neçə dəfə təkrarladı.

Biz ona dedik ki, əgər iddialar varsa, biz masa arxasında oturaraq onları müzakirə etməyə hazırıq. Lakin biz sizi əmin etmək istəyirik ki, əvvəl dediyim kimi, bu məlumatlar sadəcə mətbuat yazılarına əsaslanır.

Qətər və ABŞ kəşfiyyat cəmiyyətləri və hökumətlər arası əlaqələrə gəldikdə bunlar hamısı aydındır - Qətər və ABŞ arasında əlaqələr və əməkdaşlıq. Qətər hökumətinin ifrat islamçıları dəstəkləməsinə dair heç bir dənə də dəlil yoxdur".


Bu barədə daha geniş