Manchester United dünyanın ən bahalı futbol klubu elan olunub

Manchester United Fotonun müəllifi Reuters
Image caption Manchester United bir il ərzində reytinqdəki 3-cü mövqedən 1-ci yerə qalxıb.

İspaniyanın Real Madrid klubunu keçən Böyük Britaniyanın Manchester United klubu son 5 ildə ilk dəfə olaraq dünyanın ən bahalı futbol klubu seçilib.

Forbes-in reytinq siyahısına görə, Böyük Britaniya klubunun bu günkü dəyəri 3,689 milyard dollardır.

Reytinq siyahısında ikinci yerdə 3,635 milyard dollar dəyəri ilə İspaniyanın "Barcelona" klubu qərarlaşıb.

Bu günə qədər 4 il ardıcıl olaraq ilk yeri tutan İspaniyanın Real Madrid klubu bu dəfə üçüncü olub. Real Madridin dəyəri isə 3,58 milyard dollar təşkil edir.

Dünyanın ən bahalı klubları siyahısının ilk beşliyinə Almaniyanın Bayern Münich və Böyük Britaniyanın Manchester City klubları da daxil olub.

İlk onluğa daxil olan klublar arasında isə daha 4 ingilis klubu - Arsenal 6-cı yer), Chelsea (7-ci yer), Liverpool (8-ci yer) və Tottenham (10-cu yer) var.

Beləliklə, dünyanın ən bahalı klublarının reytinq siyahısına, 6 ingilis klubu, iki ispan, bir alman və bir italyan klubu (9-cu yerdə qərarlaşan Juventus) daxil olub.

Hələ bir il əvvəl dəyəri 3,317 milyard dollar olan Manchester United klubu 3-cü yerdə, Real Madrid isə 3,645 milyard dollarla birinci yerdə idi.

Bundan başqa Manchester City klubu siyahıda Arsenal-dan aşağıda idi. Ötən illə müqayisədə siyahıdakı digər yerlərdə dəyişiklik yoxdur.

Ötən mövsümdə Manchester United İngiltərə Premyer Liqasında 6-cı yeri tutsa da, 3 kubok - İngiltərə super kubokunu, Liga kuboku və UEFA kubokunu qazanıb.

Öz növbəsində isə Real Madrid İspaniya çempionu olub və Avropanın ən nüfuzlu kubokunu - Çempionlar Liqası kubokunu qazanıb.

Avqust ayının əvvəlində Real Madrid və Manchester Unite Avropanın super kuboku uğrunda mübarizə aparacaqlar. Bu yarış UEFA kuboku qalibi ilə Çempionlar Liqasının qalibi arasında keçirilir.

Bu barədə daha geniş