Bir illik fasilədən sonra "Proton-М" raketi göyə qalxır

Raket Fotonun müəllifi SERGEI SAVOSTIANOV/TASS

Bir illik fasilədən sonra Avropanın Echostar-21 peykini daşıyan "Proton-M" raketi Baykonur kosmodromundan göyə qalxıb.

"Buraxılış hesablanmış vaxtda, nöqsansız baş tutub. Еchostar-21-lə birlikdə sürətləndirici "Briz-М" blokunun ayrılması (Moskva vaxtilə) 6:55-ə təyin olunub, sürətləndiricinin kosmik aparatdan ayrılması isə 15:58-də gözlənilir", - RİA Novosti agentliyində Roskosmosun nümayəndəsinin sözlərindən iqtibas gətirilir.

Proton raketi 2016-ci ilin dekabr ayında buraxılmalı idi. Lakin mühhəriklərdə aşkar edilmiş nasazlığa görə buraxılış təxirə salındı.

Yanvar ayında məlum oldu ki, Roskosmos Voronej zavodunda istehsal olunan ikinci və üçüncü pillənin mühərriklərini geri çağırıb.

O vaxt BBC-ə danışan Rusiya dövlət şirkətinin nümayəndəsi mühərriklərin əlavə sınaqlar üçün geri çağrıldığını deyərək bunun raket buraxılışında ləngimələr yaradacağını bildirmişdi.


Həmçinin oxuyun:


Bundan sonra texniki problemlərə görə bir neçə dəfə təxirə salınan "Proton" raketinin buraxılışı iyun ayına təyin olundu.

Voronej zavodunda "Proton"larla yanaşı "Soyuz-U" raketləri də istehsal olunur.

Ötən ilin dekabr ayında "Soyuz-U" raketinin qəzaya uğraması fəzadakı Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanan "Proqres МС-04" məhvi ilə nəticələnib.

Yanvar ayında Roskosmos qəzanın, böyük bir ehtimalla, raketin üçüncü pilləsinin nasazlığı ilə bağlı olduğunu elan etdi.

Məlumata görə nasosa kənar hissəciklərin düşməsi mühərriklərin sıradan çıxmasına səbəb ola bilərdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş