Mosul döyüşü: İD "qaçan 230 mülki şəxsi öldürüb"

A man displaced by fighting between Iraqi forces and Islamic State militants carries his daughter in Mosul's Zanjili district (7 June 2017) Fotonun müəllifi Reuters
Image caption İraq qüvvələri və İD silahlıları arasında döyüşlər nəticəsində məcburi köçkün düşmüş kişi və qızı

Birləşmiş Millətlər Təşkilatının (BMT) aldığı məlumata görə, son iki həftə ərzində Mosuldan qaçmağa cəhd göstərən 231 İraq vətəndaşı özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən öldürülüb.

Azı 204 nəfərin ötən cümə axşamı və şənbə günləri Shifa rayonu ərazisində İraq təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı yaraqlılar tərəfindən güllələndiyi ehtimal edilir.

BMT İraq şəhərində bu cür qətllərin "əhəmiyyətli dərəcədə artdığını" qeyd edib.

Mayın 31-də Zəncili sahəsində hava zərbələri nəticəsində 50-80 arası mülki şəxslərin öldüyü barədə məlumatlar da var.

İqtidaryönlü qüvvələr ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli koalisiyanın dəstəyi ilə ötən ilin oktyabr ayında Mosulu qaytarmaq üçün hücuma başlayıb.

Onlar yanvar ayında Mosulun şərq hissəsinə tam nəzarəti ələ ala biliblər və növbəti ay qərb hissəyə hücuma başlayıblar.

İndi min nəfərdən az sayda yaraqlı və 100 min mülki vətəndaş Köhnə Şəhərin İD-in nəzarətində olan hissələrində və bir neçə bitişik şimal rayonlarında mühasirəyə alınıb.

Fotonun müəllifi Reuters
Image caption BMT dinc əhaliyə qarşı hücumları "müharibə cinayəti" adlandırıb

BMT-nin İnsan Haqları idarəsi bildirib ki, onlar əməliyyat başlayandan bəri İD-in "dinc sakinlərdən canlı qalxan kimi istifadə etməsini və qaçmağa cəhd edənləri öldürməsini" sənədləşdirib.

Qurum bildirib ki, son məlumatlara görə, "bu cür qətllər əhəmiyyətli dərəcədə artıb".

Mayın 26-da yaraqlıların Shifadan qaçmağa cəhd edən dinc əhaliyə atəş açdığı bildirilib. Nəticədə 27 nəfər, o cümlədən 14 qadın və beş uşaq həlak olub.

Fotonun müəllifi AFP
Image caption Qərbi Mosul İD-in İraqda son iri şəhər dayağıdır

Məlumatda daha 163 dinc sakinin ötən cümə axşamı həmin rayonda yerləşən Pepsi zavodunun yanında güllələndiyi ehtimal edilir.

Xəbər verilir ki, onların bədənləri bir neçə gündür küçədə qalıb.

Məlumata görə, İD şənbə günü Shifadan İraqın təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazilərə doğru qaçmağa cəhd edən azı 41 dinc sakini öldürüb.

Həmin gün, Reuters informasiya agentliyinin jurnalistləri Z onlarla dinc insanın cəsədini görüb.

Fotonun müəllifi Reuters
Image caption İraqın təhlükəsizlik qüvvələri ərazidə qalan və Mosul saxlamaq istəyən yaraqlılar tərəfindən şiddətli müqavimətlə üzləşir

BMT deyir ki, səkkiz ay əvvəl Mosul hücumu başlayandan bəri Nineva əyaləti boyunca azı 2,174 dinc sakin həlak olub, 1,516 nəfər xəsarət alıb.

800 mindən çox adam, yəni müharibədən əvvəlki Mosul əhalisinin təxminən üçdə biri eyni dövr ərzində didərgin düşüb.

Bu barədə daha geniş