Britaniyada seçkilər: Theresa May koalisiya qurmaq istəyir

Theresa May Fotonun müəllifi Reuters

Böyük Britaniyada keçirilən seçkidən sonra Mühafizəkarlar partiyasnın rəhbəri Baş nazir Theresa May Demokratik Birlik Partiyası (DUP) ilə koalisiya qurmaq danışıqlarına başlayıb.

Bunun səbəbi, Mühafizəkarların seçkidən əvvəl parlamentdə sahib olduqları çoxluğu itirməsidir.

650 seçki dairəsindən alınan yekun nəticələrə əsasən parlamentdə Mühafizəkarlar partiyasının 318, Leyboristlər partiyasının 262, Şotlandiya Milli Partiyasının (SNP) 35, Liberal Demokratların (LD) 12 və Şimali İrlandiyanın Demokratik Birlik Partiyasının (DUP) 10 yer qazandığı məlum olub.

Sabit həkimiyyəti idarə etmək üçün parlamentdə ən azı 326 yerə sahib olmaq lazımdır. Mühafizəkarlarla DUP birlikdə 328 yerə sahibdir.


Britaniyada seçkilərin nəticələri barədə müxbirimiz Tural Əhmədzadənin təqdimatında canlı yayımı bir də izləyin.

Canlı yayım


İlkin seçki nəticələrinə görə, Britaniya parlamenti bir partiyadan asılı olmaya bilər.

Belə bir nəticə 2010-cu il ümumi seçkilərdən sonra da yaşanıb.

Please enable Javascript to view our results map

(Mavi) Con = Mühafizəkarlar Partiyası; (Qırmızı) Lab = Leyboristlər Partiyası; (Narıncı) LD = Liberal Demokratlar Partiyası; (Sarı) SNP = Şotlandiya Milli Partiyası; PC = Plaid Cymru; Ind = Müstəqil Partiya; DUP = Demokratik Birlikçi Partiya; SDLP = Sosial Demokrat və Əməkçi Partiya; UUP = Ulster Birlikçi Partiya; SF = Sinn Fein; Green = Yaşıllar Partiyası

BBC müxbiri David Dimbleby deyir ki, Mühafizəkarların çoxluq üçün lazım olan 326 yerlik hədəfə "çatmağa yolu yoxdur".

"Theresa May müəyyənlik və sabitlik üçün seçkilərə getdi, amma tamamilə iflasa uğradı", Devid bildirib.


Seçkilərin iqtisadiyyata təsiri

Simon Jack, BBC-nin biznes redaktoru

Britaniya siyasəti növbəti dəfə beynəlxalq bazarları alt-üst edib. Theresa May-in partiyasının mütləq əksəriyyət qazanacağına dair ümidlər puça çıxdıqdan sonra funt kəskin şəkildə dəyərini itirib.

"Havadan asılı parlament" vəziyyəti adətən birjaların xoşuna gəlməyən qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Britaniya valyutası ölkənin Aİ-dən çıxması barədə Brexit qərarından sonra dəyərini itirmişdi.

Treyderlər arasında May-in "yumşaq Brexit" barədə vədinin daha real omasına əminliyin artması ilə funt öz məzənnəsini bərpa etdi.

O, vaxt investorlar Brexit-in yaradacaq iqtisadi şokdan ehtiyat edirdilər. Daha sərt Brexit daha güclü sarsıntı demək idi.


Bu il Leyborislər partiyası əlavə 33 yer tuta bilib, Mühafizəkarlar isə 15 yer itirib.

Nəticələr yavaş-yavaş bəlli olarkən, Leyboristlərin lideri Jeremy Corbyn Baş Naziri istefaya çağırıb, amma Theresa May ölkənin "stabilliyə ehtiyacı olduğunu" deyib.

Fotonun müəllifi Getty Images

Baş Nazir Theresa May "sabitlik dövrü" vəd edir, amma onun çoxluğun əlçatmazlığını qəbul edəcəyi proqnozlaşdırılır.

Doqquz nazir seçki dairələrində öz yerini məğlub olaraq itirib.

Mühafizəkarlar partiyası səs çoxluğu uğrunda mübarizə apararkən funtun dəyəri dollara nisbətdə kəskin aşağı düşüb.

Britaniyada İcmalar Palatasında 650 deputat yeri var, seçkiləri 326 deputatı seçilən qazanır.

Britaniyada seçkilərin son nəticələri cümə günü günorta bəlli olmalıdır.

Bu barədə daha geniş