Funt sterlinq dəyərdən düşüb

Treyderlər Fotonun müəllifi Reuters

Britaniya siyasəti növbəti dəfə beynəlxalq bazarları alt-üst edib, BBC-nin biznes redaktoru Simon Jack-in təhlilində deyilir.

Baş nazir Theresa May-in partiyasının mütləq əksəriyyət qazanacağına dair ümidlər puça çıxdıqdan sonra funt sterlinq kəskin şəkildə dəyərini itirib.

"Asılı parlament" hökuməti vəziyyəti adətən birjaların xoşuna gəlməyən qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Belə ki, Baş nazirin partiyası parlamentdə lazım gələn sayda səs toplamadığından digər partiyalarla "asılı parlament" hökuməti yaratmağa məcbur olacaq.

Theresa May istefa vermək niyyətində olmadığını bildirib. Leyboristlər partiyasının lideri Jeremy Corbyn onu istefaya çağırıb.

Britaniya valyutası ölkənin Aİ-dən çıxması barədə Brexit qərarından sonra dəyərini itirmişdi.

Funtun dəyəri gecə yarısı düşüb və bazarlar açılandan sonra daha da aşağı enərək, dollara nisbətdə 2 faiz enib və 1.27 dollara çatıb.

Avroya nisbətdə isə, funt 1.7 faiz enib.

Əlaqəli mövzular

Bu barədə daha geniş