Britaniyada seçkilər barədə 7 suala cavab

Houses of Parliament Fotonun müəllifi Getty Images
Image caption Britaniya parlamentinin binası.

Britaniyada keçirilən parlament seçkilərində hər hansı partiya lazım olan qədər - 326 yeri qazana bilmədi. Bu isə, "asılı parlament"və ya iki və ya daha çox partiyadan formalaşan hökumət deməkdir. Britaniya seçkilərilə bağlı suallara cavab axtarmışıq.

Baş nazir kimdir?

Theresa May baş nazir olaraq qalır və Mühafizəkarlar partiyası kabinetdə təmsil olunacaq - o vaxta qədər ki, yeni hökuməti kimin quracağı məlum olacaq və ya Theresa May istefa verəcək.

Yeni hökuməti kim formalaşdıracaq?

Parlamentdə ən çox yer qazanan partiya əsasən qalibdir və onun lideri adətən Baş nazir olur.

Amma hazırkı halda, heç bir partiya lazım olan səs sayının hamısını qazana bilməyib. Buna görə də, ikinci gələn partiyanın digər partiyalarla birgə hökumət formalaşdırması mümkündür.

Seçkilərdə ikinci yeri tutmuş Leyboristlər partiyası hökumət yaratmağa çalışacağını deyib.

Fotonun müəllifi Getty Images
Image caption Mühafizəkarların lideri Theresa May (yuxarı solda), Leyboristlərin lideri Jeremy Corbyn (yuxarı sağda), Şotlandiya Milli Partiyasının lideri Nicola Sturgeon (aşağı solda) və Liberal Demokratların lideri Tim Farron (aşağı sağda).

İndi necə olacaq?

Theresa May və ya Leyboristlərin lideri Jeremy Corbyn kiçik partiyaların köməyilə hökumət yarada biləcəklərini deyiblər.

Partiyası 319 səs qazanan Theresa May Baş nazir olaraq qala bilər - o hökumət yaratmağa çalışır.

Məlum olsa ki, o bunu edə bilməyəcək və əvəzində Corbyn bunu edəcək, o zaman May istefa verməldir və o zaman cənab Corbyn Baş nazir olacaq.

Fotonun müəllifi PA
Image caption 2010-cu ilin parlament seçkilərindən sonra qeyri-müəyyən nəticə Mühafizəkarlar lideri David Cameron və Liberal Demokrat lideri Nick Clegg-in koalisiya yaratmasına səbəb olub.

Bu nə qədər çəkəcək?

Rəsmən vaxt təyin edilməyib. 2010-cu ildə koalisiya hökuməti beş günə yaradılmışdı. Əslində, bu daha uzun çəkə bilər. Hazırda isə Theresa May-in iyunun 13-ə qədər vaxtı var - yeni parlament seçkilərdən sonra ilk dəfə toplantı keçirəcək. May həmin günədək hakimiyyətdə qalmaq üçün razılıq əldə etdiyini və ya istefa verəcəyini açıqlamalıdır.

Yenə seçki keçirilə bilərmi?

Mümkündür.

Əvvəllər, kiçik partiyaların köməyilə hökumət yaradılanda, Baş nazir tezliklə seçkilər keçirərək böyük çoxluğu qazanmağa çalışıb. Və ya müxalifət seçki keçirilməsinə məcbur edib.

Hazırkı halda, millət vəkillərinin üçdə ikisi yeni seçkilərin keçirilməsinə səs versə, bu, baş verəcək.

Fotonun müəllifi PA
Image caption Əgər Theresa May və ya Jeremy Corbyn hökumət qura bilməsələr yeni seçkilərin keçməsi mümkündür.

Brexit necə olacaq?

Danışıqlar iyunun 19-da başlamalı idi, amma koalisiya danışıqları zaman alsa, o zaman Avropa İttifaqından danışıqları yubandırmaq xahiş olunacaq.

Ancaq cənab Corbyn deyir ki, danışıqlar planlaşdırıldığı kimi getməlidir və məsul hökumət bunda iştirak etməlidir.

Aİ Parlamentinin Brexit üzrə baş danışıqçısı deyib ki, nəticə "onsuz da çətin danışıqları daha da çətinləşdirəcək".

Kraliçanın rolu nədir?

Kraliçaya parlamentdə çoxluq əldə etdiyini deyə biləcək partiya liderinə Ülyahəzrət, hökumət yaratmaq icazəsi verəcək.

Əslində bu, simvolikdir, Kraliça siyasətə qoşulmur, onun Baş naziri təyin etməsi mümkün deyil.

Əlaqəli mövzular

Bu barədə daha geniş