17 il həbs cəzası çəkən şəxs “oxşarı” saxlandıqdan sonra azad edildi

richard Anthony Jones (sağda) ve ona ikizi kadar benzeyen Ricky Fotonun müəllifi KANSAS POLİSİ
Image caption Richard Anthony Jones (sağda) və ona əkizi qədər bənzəyən Ricky

ABŞ-ın Kansas ştatında baş verən silahlı qarət nəticəsində 19 il həbs cəzasına məhkum edilən şəxs, ona əkizi qədər bənzəyən bir şübhəli tapıldıqdan sonra azadlığa buraxıldı.

Sadəcə hadisə şahidlərinin verdiyi ifadələrə əsasən həbs edilən Richard Anthony Jones kifayət qədər dəlil olmadığı üçün 17 il sonra azad edilib.

Şahidlər iki adamın bir-birinə ayırd edilməyəcək dərəcədə oxşadığını söylədi.

Jones ona bu qədər oxşayan insanı tapmağın "samanlıqda iynə axtarmaq" qədər çətin olduğunu bildirib.

Azadlığa buraxılan Jones "Şansa inanmıram, amma fikrimcə, məni Tanrı qurtardı" dedi.

Fotonun müəllifi KANSAS POLİSİ

1999-cu ildə Kansas-da bir parkda oturan insanların qarətə məruz qalmasından sonra yaxalanaraq müqəssir elan edilən Jones "bütün apellyasiya müraciətlərim rədd edildi. Çox çətin bir yol keçdim" deyə açıqladı.

Bir gün Jones-in yanındakı məhkumlar Ricky kimi tanınan bir adama necə oxşadığını söylədilər. Üstəlik onların ilk adları da eyni idi.

Ricky-nin şəklini göstərdikdə isə bütün daşlar yerində oturmağa başladı.

John 2015-ci ildə səhvən cəzalandırılan məhkumlara dəstək verən Midwest Innocence Project adlı təşəbbüs qrupuna Ricky adlı şəxsdən söhbət açıb.

Buradakı araşdırma aparan vəkillər işlə maraqlanmağa başlayıblar.

Fotonun müəllifi GOFUNDME

Jones-in vəkilləri hadisə baş verən zaman onun sevgilisi və sevgilisinin ailəsiylə olduğunu bəyan edib.

Hələki Ricky adıyla tanınan oxşarın barəsində iddia qaldırılmayıb. Jones-in yenidən mühakimə olunduğu məhkəmədə ifadə verən Ricky adlı şəxs də günahkar olduğunu da rədd edib.

Polis isə 17 il əvvəl şəxsiyyəti təsdiqləmə prosesində ciddi səhvlərə yol verməkdə ittiham olunub.

Azadlığına qovuşan Jones isə yenidən uşaqları və ailəsiylə birlikdə olduğu üçün çox xoşbəxtdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş