Türkiyə iqtisadiyyatı ilk rübdə 5 faiz artıb

Çalışanlar Fotonun müəllifi AFP

Türkiyədə ÜDM (Ümumi Daxili Məhsul) 2017-ci ilin birinci rübündə əvvəlki ilin eyni rübünə nisbətən 5 faiz artıb.

Türkiyənın Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatlara görə, iqtisadiyyat ilin ilk rübündə daha əvvəlki rübə nisbətən isə 1,4 faiz artıb.

Reuters agentliyinin 19 iqtisadçının iştirakı ilə apardığı sorğuya görə, inkişafın bu ilin ilk rübündə ötən ilin son rübünə nisbətən 4 faiz olması gözlənilirdi.

İstehsal üsulu ÜDM proqnozu, 2017-ci ilin birinci rübündə cari qiymətlərlə 14,3 faiz artaraq 641 milyard 584 milyon lirə olub.

ÜDM-in belə artmasına kənd təsərrüfatı (3,2 faiz), sənaye (5,3 faiz) və tikinti sektoru (3,7 faiz) təsir edib.

Məişət istehlakı xərcində 5,1 faizlik artım

Məişət yekun istehlak xərcləri 2017-ci ilin birinci rübündə, bir əvvəlki ilin müvafiq rübünə görə zəncirvari həcm indeksi 5,1 faiz artıb.

Dövlətin yekun istehlak xərcləri 9,4, ümumi sabit kapitalın formalaşması isə 2,2 faiz artıb.

Mal və xidmətin ixracı, 2017-ci ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə zəncirvari həcm indeksi olaraq 10,6, idxalı isə 0,8 faiz artıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş