İsveç: məktəb tualetində musiqi utancaq şagirdlərə kömək edəcək

Tualet kağızı Fotonun müəllifi BBC/Paul Kerley
Image caption Bəzi şagirdlər məktəb ayaqyoluna getdikləri zaman əmələ gələn səslərdən utanç hissi keçirir.

İsveçdə, Tingsryd şəhər bələdiyyəsinin üzvü Cecilia Cato məktəb tualetlərini müsiqi səsləndirən avadanlıqla təchiz etməyi təklif edib.

Bəzi şagirdlər məktəb tualetində ayaqyoluna getdikləri zaman əmələ gələn səslərdən utanç hissi keçirilər.

Onlardan bəziləri həmin səslərdən o dərəcədə narahat olur ki, tualetə getməkdən çəkinirlər.

Tualetdə musiqinın çalınması isə həmin səslərin eşidilməməsinə imkan verəcək.

Mərkəz partiyasını təmsil edən Cecilia Cato-nun sözlərinə görə, bəzi şagirdlər o dərəcədə utanır ki, tualetə bütün gün ərzində getməkdən imtina edirlər.

Cecilia Cato, problemi tualetlərdə musiqi çalınması yolu ilə həll etmək təklifini irəli sürüb.

Yerli şagirdlərlə söhbət edən İsveç yayım şirkəti SVT onların ayaqyoluna getdikləri zaman çıxan səslərdən utandıqlarını təsdiq edib.

Şagirdlər bildirblər ki, musiqi səslənərsə, bu zaman su kranını açıb su şırıltısı və ya lazım olmayan miqdarda tualet kağızı çırıb kağız cırıltısı səslərini yaratmağa ehtiyac qalmayacaq.

Cecilia Cato-nun təbirincə, bu təkliflə çıxış etməyə onu Tingsryd-də yeni musiqi məktəbinin açılması ilhamlandırıb. Həmin məktəbdəki tualetlərdə musiqi səsləndirilir.

Yerli rəsmilər irəli sürülmüş təklifi səsverməyə çıxarıb qərar qəbul etməlidirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş