ABŞ: İki prokuror xarici gəlirlərə görə Trump-ı məhkəməyə verir

Donald Trump Fotonun müəllifi Getty Images

ABŞ-da Maryland ştatı və Washington D.C. dairəsinin Baş prokurorları bazar ertəsi prezident Donald Trump-a qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədirlər.

Prokurorlar prezidenti korrupsiya əleyhinə qanunvericiliyin pozulmasında ittiham edirlər.

İddiaçıların qənaətinə görə, Trump-ın biznesinə xarici investisiyalar ölkə konstitusiyasına ziddir.

Prezident seçkilərində qələbədən sonra bu, Trump-ın öz biznesi üzərində mülkiyyət hüquqlarını saxlamaq barədə qərarına istinad edən ilk belə iddiadır.

Eyni zamanda, dövlət məmurları tərəfindən də ilk dəfədir ki, belə bir iddia qaldırılır.

Yanvar ayında Trump bildirmişdi ki, onun biznes aktivləri oğulları tərəfindən idarə olunacaq.

Lakin Columbia dairəsinin Baş prokuroru Karl Racine və Maryland Baş prokuroru Brian Frosh hesab edirlər ki, Trump şəxsi biznesdən kənarlaşmaq vədini pozub.

Belə ki, onun oğlu Eric Trump bildirib ki, prezident şirkətin maliyyə vəziyyəti haqqında müntəzəm olaraq məlumat alır.

Racine və Frosh iddiaları barədə bazar günü Washington Post-a danışıblar.

Baş prokurorların sözlərinə görə, iddiaya çox güman ki, Ali Məhkəmədə baxılacaq.

Racine və Frosch ABŞ Konstitusiyasının "mükafatlar haqqında müddəalar" kimi tanınan maddələrinə istinad ediblər.

Həmin müddəalara görə, dövlət məmurlarına xarici hökumətlərdən hədiyyə və ya digər bonuslar almaq qadağandır.

Bu barədə daha geniş