Neft ölkəsinin ac sakinləri
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Neft ölkəsinin ac sakinləri

Venesuela müxalifəti ölkə boyu şəhərlərdə aclığa qarşı etiraz aksiyaları keçirməyə çağırıb.

Venesuelada inflyasiya 700 faiz təşkil edir, ərzaq qıtlığı müşahidə edilir. Son illərdə əhali görünməmiş aclıqla üzləşib.

Ölkə dünyada ən zəngin neft ehtiyatlarına malikdir, uzun müddətdir ki, neft ixrac edir.

Lakin neft qiymətləri düşəndən sonra ölkə iqtisadiyyatı böhran içindədir.

Aprel ayından ölkədə iğtişaşlar baş verir, 50 nəfər həlak olub, onların əksəriyyəti hökümət əleyhinə etirazlar zamanı öldürülüb.

Xarici media nümayəndələrinə Venesuelada akkreditasiya verilməsi nadir haldır. Amma BBC, ölkənin daxilinə yola taparaq, yemək uğrunda mübarizə aparanların hekayalərini dünyaya çatdırmaq imkanı əldə edib.

Videoda MƏZMUN SARSIDICI OLA BİLƏR

Əlaqəli mövzular