Fotolarda: Dünyanın müxtəlif yerlərində lentə alınan qürub gözəllikləri

Qürub gözəlliyini dünyanın müxtəlif yerlərində müşahidə etmək mümkündür - Yeni Zelandiyadan tutmuş ABŞ-ın Kansas ştatınadək, Yunanıstan adalarından tutmuş Polineziya sahillərinə qədər....

Yeni Zelandiya

Cənub adaları Fotonun müəllifi Annie Griffiths/National Geographic Creative

Yeni Zelandiyada günəş digər ölkələrlə müqayisədə daha tez doğur və daha tez də batır.

Cənub adasını uzununa 450 kilometrlik Cənub Alp sıra dağları kəsir. Burada heyrətamiz buzlaqlar və buzlaq gölləri yerləşir.

Kxmer gecələri

Kamboca Fotonun müəllifi Kris LeBoutillier/National Geographic Creative

Asiya çimərlikləri - sanki qürubu seyr etmək üçün yaradılıb.

Sihanoukville şəhərinin çimərləyində kokteyl içə-içə qürubu seyr etmək mümkündür.

Yunanıstan

Santorini Fotonun müəllifi Michael Melford/National Geographic Creative

Santorini (Thira) - Yunanıstanın 220 adasından biridir. Bu adalar vulkan püskürməsi nəticəsində əmələ gəlib.

Santorini-nin mənzərəsi, burada yerləşən çimərliklər, hovuzlar və restoranlar turistləri özünə çəkir.

Şimali Amerikanın Böyük Ovalıqları

Kansas Fotonun müəllifi Jim Richardson/National Geographic Creative

Кansas ştatının böyük hissəsini ovalıqlar tutur, Böyük Ovalıqlarda tornadolar, tufanlar tez-tez baş verir.

Qədim zamanlarda Kansas, Meksika Körfəzindən Şimal Buzlu okeanına qədər uzanan dənizin dibi olub.

Sonradan, milyonlarla il ərzində bu böyük ərazi düzənliyə çevrilib.

Son 100 il ərzində insanlar bu ərazini şumlayıb, taxıl tarlalarına çevirib.

Hazırda ərazinin yalnız 4%-i ovalıq kimi qalmaqdadır - məhz burada, təbiət qoruğunda heyrətamiz qürub mənzərəsini seyr etmək mümkündür.

Tekilalı qürub

San Esteban Fotonun müəllifi Ralph Lee Hopkins/National Geographic Creative

Kaliforniya körfəzində yerləşən Meksikanın San-Esteban adasında suda-quruda yaşayanlardan ibarət canlı aləm olduqca zəngindir. Bu səbəbdən burada turistlərlə yanaşı, xeyli sayda tədqiqatçılar da var.

Günəş qürub çağında sanki, Yerin arxasına keçir. Yaxşı ki, bu, yalnız səhər açılana qədərdir.

Polineziya

Fakarava Fotonun müəllifi Aaron Huey/National Geographic Creative

Fakarava atollu (atoll- üzükvari mərcan adaları), Tuamotu arxipelaqında yerləşir. Onun sahəsi 1100 kvadrat kilometr təşkil edir.

Nadir quşlar, bitkilər və xərçəngkimilərə görə Fakarava UNESCO tərəfindən biosfer qoruğu adına layiq görülüb.

Burada yerləşən iki kənddə yaşayanların ümumi sayı mindən azdır.

Fakarava təzəcə evlənənlər arasında olduqca populyardır - onlar bura bal ayı səyahətinə gəlirlər.

Kiribati

Kiribati Fotonun müəllifi Paul Nicklen/National Geographic Creative

Sakit okeanda yerləşən Kiribati dövləti və onun tərkibində olan 33 kiçik atoll, şərti cızılmış beynəlxalq tarix dəyişməsi xəttinin ən şərq nöqtəsində yerləşir.

Bu səbəbdən, Kiribati - planetimizdə qürubun müşahidə edildiyi ən son nöqtələrindən biridir.

Adalardakı mənzərə burada seyr edilən qürubu heyrətamiz tamaşaya çevirir.

Bu şəkildə Phoenix arxipelaqındakı adalardan birində müşahidə edilən qürub əks olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş