ABŞ ordusunda döyüş hazırlığının aşağı olması Pentaqonu şoka salıb

Mattis Fotonun müəllifi Getty Images
Image caption Müdafiə naziri orduda vəziyyəti düzəltmək üçün illərcə vaxtın tələb olunduğunu deyir.

ABŞ müdafiə naziri Konqres dinləmələri vaxtı deyib ki, ABŞ ordusunun aşağı döyüş hazırlığı onu şoka salıb.

James Mattis bu barədə gələn ilin hərbi büdcəsinin müzakirəsinə həsr olunmuş silahlı qüvvələr üzrə parlament komitəsinin iclasında bildirib.

Pentaqonun rəhbəri deyir ki, hərbi qüvvələrin sabit maliyyələşməyə ehtiyacı var.

Onun sözlərinə görə büdcə xərclərinin ixtisarı döyüş hazırlığına ən ağır zərbə olub.


Həmçinin oxuyun:


"Mən ixtisarlar qüvvəyə minəndən 3 ay keçmiş ordunu tərk etdim. 4 ildən sonra nazirliyə qayıtdım və bizim döyüşə hazırlığımıza dair vəziyyəti görəndə şoka düşdüm", - James Mattis deyib.

Müdafiə naziri orduda vəziyyəti düzəltmək üçün illərcə vaxtın tələb olunduğunu deyir.

Mattis Qətərin blokadası məsələsini də şərh edib.

O, deyib ki, bu ölkədə vəziyyət çox çətindir.

Bu arada nazir bildirir ki, terrorçu qrupların maliyyələşdirilməsi "ortaq maraqlara cavab vermir".

Əlaqəli mövzular

Bu barədə daha geniş