İD Ramazan ayında yeni hücumlar barədə "çağırış edib"

IŞİD militanı Fotonun müəllifi Reuters

Özünü İslam Dövləti adlandıran qruplaşma (İD) Telegram tətbiqi üzərindən yaydığı audiomüraciətdə "yeni hücumların həyata keçirilməsinə" səsləyib.

Reuters agentliyinin xəbərinə görə, İD sözçüsü Əbu Həsən əl-Mühacir adından yayılan səs yazısında Ramazan ayı ərzində ABŞ, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya, İran və Filippində hücumlara çağırış əks olunub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İD gedti - dostlar görüşdü...

Audioyazının İD nümayəndəsinə məxsus olduğu başqa mənbələrdən təsdiqlənməyib.

Lakin Reuters agentliyi çağırışdakı səsin daha əvvəlki müraciətlərdəki səslə eyni olduğunu bildirib.

Bu barədə daha geniş