Britaniya: avtomobilə minlərlə arı daraşıb

Xanım Taylor-a baş verənlər barədə qonşusu bildirib.
Image caption Xanım Taylor-a baş verənlər barədə qonşusu bildirib.

Bazar günü Böyük Britaniyanın Hull şəhərində təqribən 20 min arı bir avtomobilə daraşıb.

Avtomobilin sahibi Shirley Taylor bildirir ki, arılar evin qarşısında dayanan Nissan markalı avtomobildə yuva qurmağa cəhd ediblər.

Beverley Arıçılar Birliyinin rəhbəri Chris Coulson isə bazar günündən bu günə qədər arıları avtomobildən uzaqlaşdırmağa çəhd etdiyini söyləyir.

Coulson arıları maşına cəlb edən nə olduğunu müəyyən edə bilmədiklərini və onları avtomobildən uzaqlaşdırmağa xeyli vaxt sərf olunacağını bildirir.

Ötən il buna bənzər hadisə Wales-də baş vermişdi.

Amma o zaman ana arı dalınca digər arıların maşına girdiyi məlum olmuşdu. Hadisə mediada arıların sədaqəti kimi səciyyələndirilmişdi.

Avtomobilin sahibi Taylor isə maşında baş verənləri qonşusundan öyrəndiyini söyləyir.

Image caption Arıları tüstü vasitəsilə dağıtmağa çalışırlar

"Qonşumdan mənə bir xəbər gəldi. Evə gəldiyim zaman maşına diqqət etməyimi yazmışdı. Avtomobilin vəziyyətini gördükdən sonra dərhal evə qaçdım və digər qonşularım kimi qapı və pəncərələri bağladım.

Bu bizim üçün tükürpədici bir hadisə idi. Minlərlə arı uçub məni, qızımı və nəvəmi sancdılar. Dəhşət idi".

Arıçılar Birliyinin başçısı Coulson adətən arıların yuvalarında sayları artan zaman yeni bir yuva tapmaq üçün yuvadan ayrıldıqlarını, amma daha əvvəllər bu qədər çox sayda arının bir maşına daraşdığını görmədiyini söyləyir.

"Arılar tapdıqları hər boşluğa girməyi xoşlayırlar və avtomobillərdə belə boşluqlar çoxdur."

"Onları kənarlaşdırmağa çalışırıq. Maşının üstündəki qutuda gənc arılar və yumurtalar var. Ümid edirəm ki digər arılar onların onların ölməməsi üçün ətrafına toplaşırlar. Arıları buradan çıxarmaq, onlara daha məqbul bir ev tapmaq istəyirik".

Əlaqəli mövzular

Bu barədə daha geniş