Şimali Koreya həbs etdiyi ABŞ-lı tələbəni azad edib

Otto Frederick Warmbier being taken out of court Fotonun müəllifi Reuters

ABŞ-lı tələbə Otto Warmbier Şimali Koreya türməsindən buraxılıb, lakin onun valideyinləri onun bir ildən artıq komada olduğunu deyirlər.

ABŞ dövlət katibi 22-yaşlı Otto-nun ABŞ-a yola düşdüyünü deyib.

Warmbier ailəsi ABŞ mediasına Otto-nun 2016-ci ilin mart ayında məhkəməsi bitəndən sonra komaya düşdüyünü yalnız keçən həftə öyrəndiklərini deyiblər.

Ötelindən təbliğat işarəsi oğurlamaqda təqsirli bilinən Otto Warmbier-ə 15 illik katorqa cəzası verilmişdi.

Virginia universitetinin tələbəsi olan Otto Warmbier Ohio ştatının Cincinnati şəhərindəndir.

O, Gənc Pionerlər Turu ilə Şimali Koreyaya turist kimi daxil olub və 2016-cı il yanvar ayının 2-si həbs edilib.

Fotonun müəllifi Reuters

Bir ay sonra televiziya ilə yayımlanan verilişdə o, təbliğat işarəsini bir ABŞ kilsəsi üçün qənimət olaraq oğurlamağa çalışdığını etiraf edib.

Cənab Warmbier deyib ki, "mənim hərəkətimin məqsədi Koreya xalqının işguzarlığına və motivasiyasına ziyan vurmaq idi".

Onun bu ifadələri könüllü və ya məcburən verdiyi məlum deyil.

Washington Post qəzeti yazır ki, Otto-nun ailəsinə onun komaya düşməsinə ifliclik yaradan botulizm xəstəliyinin səbəb olduğu deyilib.

Bundan sonra, ona yuxu dərmanı verilib və o komaya düşüb, qəzet yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş