ABŞ: prokurorlar Donald Trump-a qarşı “konstitusiyanı pozmaq” barədə iddia qaldırıb

Donald Trump ve kabine üzvləri Fotonun müəllifi EPA

ABŞ prezidenti Donald Trump-a qarşı şirkətləri vasitəsiylə xarici hökumətlərdən pul almaq ittihamı ilə iddia qaldırılıb.

Maryland və Washington DC şəhərlərindəki müstəntiqlərin qaldırdığı iddia hökumət nümayəndələrinin xarici hökumətlərdən heç bir hədiyyə və ya ödəniş almamasını nəzərdə tutan bir qadağaya əsaslanır.

Bu tipli ittihamların ilk nümunəsi olan bu iddiada Trump "konstitusiyanı açıq-aşkar pozmaqda" ittiham edilir.

Ağ Ev isə ittihamları rədd edir. İddianı qaldıran Washington DC-dən olan müstəntiq Karl Racine "Tariximizdə bu qədər qarışıq iş və özünü şirkətlərindən təcrid etməyi beləcə rədd edən heç bir prezident olmamışdı ", deyib.

Fotonun müəllifi EPA
Image caption Prokurorlar Karl Racine (sağda) və Brian Frosh

Təhlil: Yeni qanun problemi - Anthony Zurcher, BBC

Donald Trump-ın şirkətləriylə əlaqələrinə dair tənqidlərə dövlətin bir qolu da şərik çıxdı.

Bu iddia Donald Trump-ı şirkətlərindən təcrid etməyə ilk cəhd olmasa da, iki prokurorun həmləsi bunu yeni məlumatlarla başqa bir səviyyəyə qaldırıb.

İddianın hüquqi əsaslarının nə qədər əsaslı olduğu məhkəmənin hökmü nümayiş edəcək. Bu günə qədər Donald Trump kimi bir iş adamı daha əvvəllər prezident olmadığı üçün buna bənzər heç bir iddia qaldırılmamışdı.

Donald Trump özünü şirkət işlərindən uzaq tutacağına dair söz versə də oğlu Eric atasına şirkətlərinin vəziyyəti barədə tez-tez məlumat verdiyini etiraf etmişdi.

Ən yaxşı halda bu iddia Donald Trump üçün yeni bir qanun problemi yaradacaq.

Seçkiqabağı kampaniya zamanı Trump-ın Rusiya ilə əlaqələrinin olmasına dair iddia ilə bağlı Konqres təhqiqatı ilə yanaşı daha bir xüsusi araşdırma aparılır.


Əlaqəli mövzular

Bu barədə daha geniş