London yanğını haqqında 5 suala cavab

Grenfell Tower
Image caption Grenfell Tower-də 120 mənzilin olduğu deyilir

Çərşənbə axşamı gecə saatlarından etibarən Londonun qərbində yerləşən çoxmərtəbəli yaşayış binasında başlamış yanğın nəticəsində bir neçə nəfərin öldüyü və 50-dən çox insanın xəstəxanaya yerləşdirildiyi deyilir.

Bina hələ də tam söndürülməyib və onun çökə biləcyi deyilir.


Nə baş verib?

Londonun qərbində yerləşən 24 mərtəbəli Grenfell Tower yaşayış binasında yanğın barədə məlumat yerli vaxtla 00:54-də daxil olub.

Yanğının dördüncü mərtəbədə başladığı və sürətlə yayıldığı güman edilir.

Yanğını söndürmək üçün 40 yanğınsöndürən maşın və təxminən 200 yanğınsöndürən cəlb edilib.


Neçə nəfər həlak olub?

London yanğınsöndürmə müvəkkili Dany Cotton "bir neçə nəfərin həlak olduğunu" bildirib, lakin o, "binanın böyüklüyünə və mürəkkəbliyinə" görə dəqiq neçə nəfərin ölməsi barədə məlumat verə bilməyəcyini deyib.

50-dən çox insan xəstəxanaya yerləşdirilib, London Təcili Yardım Xidmətindən bildirilib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır, "ölənlər var"

Hadisə şahidlərinin bildirdiyinə görə, ola bilsin ki, binada hələ də insanlar var.

Binada 120 mənzilin olduğu deyilir.


Yanğına nə səbəb olub?

Yanğına nəyin səbəb olduğu hələ məlum deyil.


Bina nə vaxt tikilib və harada yerləşir?

Grenfell Tower 1974-cü ildə Londonun Kensington and Chelsea Borough bələdiyyəsi tərəfindən tikilib.

Bina Londonun qərbində, Latimer Road stansıyası yaxınlığında yerləşir.

Bina keçən il əsaslı təmirdən çıxıb. İki il davam etmiş təmirə 10 milyon funt-sterlinq xərclənib.

Fotonun müəllifi Reuters

Şahidlər nə deyir?

Şahidlərin bildirdiyinə görə, onlar binada yardım istəyən və uşaqlarının xilasını tələb edən insanların olduğunu görüblər.

Bəzilərinin bildirdiyinə görə binada qalmış sakinlər pəncərələrinə yaxınlaşıb, bəzilərinin əllərində uşaqlar olub.

"Mən bir nəfərin yıxıldığını gördüm. Bir qadın isə körpəsini pəncərədən çölə çıxarmışdı... qışıqırıq sələri eşidirdim.

Binadakıların aşağı düşməsi üçün qışqırırdım, onlar isə tüstüdən mənzillərini tərk edə bilmədiklərini deyirdilər", hadisə şahidi Jody Martin bildirib.

Digər sakin, dördüncü mərtəbədə yaşayan Zoe deyib ki, o, qonşusunun qapını döyməsindən sonra oyanıb.

"Hər yeri tüstü bürümüşdü. Yanğın sürətlə dördüncü mərtəbədən ta 23-cü mərtəbəyədək yayıldı, qorxulu idi", o əlavə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş