London, Bakı, Dubay, Qroznı – göydələn yanğınları

Пожар в Гренфелл-тауэр, Лондон Fotonun müəllifi AFP/Getty
Image caption Şahidlərin dediyinə görə alov Grenfell Tower adlı göydələnin fasadı ilə yayılırmış

Londondakı Grenfell Tower bütün dünyada yanğına məruz qalmış göydələnlərdən sonuncusu olub.

Belə görünür ki, bir çox hallarda, Londonda olduğu kimi, binaya çəkilmiş üzlük yanğının sürətlə yayılmasına səbəb olur.

Tehran, Plasco ticarət mərkəzi

Fotonun müəllifi ATTA KENARE/AFP/Getty Images
Image caption Tehran, yanmış Plasco ticarət mərkəzinin xarabalığı təmzilənir

25 yanvar 2017-ci ildə İran paytaxtının ən köhnə çoxmərtəbəli binalarından biri - 1962-ci ildə tikilmiş 17 mərtəbəli Plasco ticarət-biznes mərkəzi yanaraq dağılıb.

Binanın uçuqları altında qalan 20 yangınsöndürən həlak olub. Daha 23 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.

Yanğın yuxarı mərtəbələrdə başlasa da sürətlə bütün binaya yayılıb. Buna baxmayaraq yanğınsöndürənlər binadakı bütün insanları oradan çıxarmağa macal tapıblar.

Sulafa Tower göydələni, Dubay

20 iyul 2016-cı ildə yaxşı söndürürlməmiş siqaret kötüyündən Dubaydakı 75 mərtəbəli Sulafa Tower göydələninin 35-ci mərtəbəsində yanğın başlayıb.

Alov binanın bayır örtüyü ilə 20 mərtəbə yuxarı qalxıb. Yanğın təhlükəsizliyi üzrə tanınmış Britaniya ekspertlərindən biri, BB7 firmasından James Lane o vaxt demişdi ki, göydələn çox tez alışan örtüyün qurbanı olub və Birləşmiş Ərəb Əmirliklərindəki bir çox binaların xarici örtükləri dəyişdirilməlidir.

Address Downtown oteli, Dubay

Fotonun müəllifi Getty Images
Image caption Address Downtown göydələnində baş vermiş yanğın hakimiyyətin bəzək-tamamlama materiallarına tələbləri artırmasına səbəb olub

2015-ci il, dekabrın 31-də dünyanın ən hündür qülləsi olan Bürc Dubay-ın yaxınlığındakı 63 mərtəbəli Address Downtown göydələnində yanğın baş verib.

Yanğına səbəb qısa elektrik qapanması olub. İtki olmayıb.

Bir neçə başqa yanğın hadisələrində olduğu kimi, Address Downtown otelində yanğın ona görə sürətlə yayılıb ki, binanın bəzək-tamamlama işlərində tezalışan materiallardan istifadə olunmuşdu. Bunu nəzərə alan BƏƏ rəhbərliyi artıq 2016-cı ildən tikintidə örtük materiallarına tələbləri əhəmiyyətli dərəcədə artırıb.

Bakı, 16 mərtəbəli yaşayış binası

19 may 2015-ci ildə Bakının Binəqədi rayonunda yaşayış binası yanıb.

Bu yanğında 5 uşaq da daxil 15 nəfər həlak olub. Daha 63 nəfər yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib.

Azərbaycan hakimiyyət orqanlarının rəyinə görə yanğın binanın tezalışan örtüyünə görə sürətlə bütün tikilini bürüyüb. Hətta belə deyilir ki, yanğın elə örtükdən başlayıb.

Torch Tower, Dubay

Fotonun müəllifi Getty Images
Image caption Alov 50-ci mərtəbədən Torch Tower-in zirvəsinə qalxıb

Fevralın 21-də yanğın sanki taleyin istehzası ilə "Məşəl Qüllə" - Torch Tower adlanan binanı bürüyüb.

Yanğının başlanmasına səbəb bu 82 mərtəbəli yaşayış binasının 50 mərtəbəsində kiminsə manqalda ət bişirməsi olub. Küləyin körüklədiyi alov tez bir zamanda binanın zirvəsinə dırmanıb.

Lakin heç kəs həlak olmayıb. Yalnız 7 nəfər tüstüdən zəhərlənib.

Qroznı, "Olimp" qülləsi

Fotonun müəllifi Getty Images
Image caption Hakimiyyət orqanlarının dediyinə görə Grozny-City otelinin yerləşdiyi "Olimp" göydələni bayır tərəfdən yanırmış

3 aprel 2013-cü ildə Qroznıdakı "Olimp" göydələnində böyük yanğın olub.

Rəsmi məlumata görə yanğına xarab kondisioner səbəb olub və binanın xarici istilik-izolə örtüyü yanırmış. Çeçenistan rəhbərliyinin dediyinə görə yanğında ölən olmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş