Trump-Rusiya təhqiqatı: Trump "ədalət sisteminə müdaxilə üzrə araşdırılır"

Robert Mueller. File photo Fotonun müəllifi Reuters
Image caption Robert Mueller Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi və cənab Trump-la əlaqələrə dair təhqiqatın rəhbəridir.

ABŞ Prezidenti Donald Trump xüsusi müşavir və keçmiş Federal Təhqiqat Bürosunun rəhbəri Robert Mueller tərəfindən "ədalət sisteminə müdaxilə üzrə" araşdırılır, ABŞ mediası deyir.

ABŞ mətbuatında bildirilir ki, cənab Mueller yüksək rütbəli kəşfiyyat rəsmilərini dindirərək prezident Trump-ın, işindən azad etdiyi keçmiş təhlükəsizlik məsləhətçisinə dair istintaqa son qoymağa cəhd edib-etmədiyini öyənməyə çalışacaq.

Cənab Trump-ın hüquqi komandası mediaya yeni sızıntınının "vicdansızlıq" olduğunu deyib.

Robert Mueller Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi və cənab Trump-la əlaqələrə dair təhqiqatın rəhbəridir.

Prezident Trump Rusiya ilə əməkdaşlıq etməsinə dair iddiaları dəfələrlə rədd edib və təhqiqatı "cadugər ovu" adlandırıb.

Təhqiqat barədə yeni məlumat ilk olaraq The Washington Post qəzetində, sonra isə the New York TimesWall Street Journal qəzetlərində dərc edilib.

Washington Post qəzeti cənab Mueller-in Donald Trump-ın hərəkətlərini araşdırması indiyədək Rusiyanın müdaxiləsinə diqqət yetirən təhqiqat üçün əhəmiyyətli bir yenilikdir.

ABŞ mətbuatına əsasən "ədalət sisteminə müdaxilə" araşdırması mayın 9-dan, prezident Donald Trump FTB direktoru James Comey-i işindən uzaqlaşdırmağa verdiyi qərardan sonra başlayıb.

Bundan əvvəl cənab Comey Rusiya ilə bağlı bir neçə təhqiqatı idarə edirdi. O, keçən həftə Kongres qarşısında ifadə verərkən bildirib ki, prezident Trump ona keçmiş təzhlükəsizlik məsləhətçisi Michael Flynn-ə dair təhqiqata son qoymasına təzyiq göstərib.

Fotonun müəllifi Reuters
Image caption Keçən həftə cənab Comey Robert Mueller-in prezident Trump-ın ədalət sisteminə müdaxilə edib-etməməsini araşdırdığından "əmin" olduğunu deyib.

Cənab Flynn Rusiyanın ABŞ-a səfiri Sergey Kislyak-la əlaqələri barədə yalan dediyinə görə bu ilin fevral ayında vəzifəsindən uşaqlaşdırılıb.

Cənab Comey doğrunu deməyə and içdikdən sonra, şəxsi bir görüşdə Donald Trump-ın ona müraciət etdiyini deyib.

O, cənab Trump-ın "Mən ümid edirəm ki, sən bunlardan əl çəkməyə, Flynn-i sərbəst buraxmağa açıq yol tapa biləcəksən. O yaxşı oğlandır. Ümid edirəm ki, bundan əl çəkə biləcəksən", dediyini bildirib.

Ağ Ev cənab Trump-ın nə cənab Comey nə də ki, başqa bir şəxsdən Michael Flynn-ə dair təhqiqata son qoymağı xahiş etməyib.

Bu barədə daha geniş