Qətər ABŞ-dan F-15 döyüş təyyarələri alacaq

F-15 döyüş təyyarəsi Fotonun müəllifi Reuters

Qətərin Müdafiə Nazirliyi ABŞ ilə F-15 döyüş təyyarəsi almaq mövzusunda razılaşdıqlarını bildirib.

Reuters yazır ki, müqavilə, ABŞ Prezidenti Donald Trump-ın ölkəni terrorçuluğu dəstəkləməklə tənqid etməsinə baxmayaraq baş tutub.

Saziş ABŞ-ın müdafiə naziri Jim Mattis və qətərli rəsmilər tərəfindən imzalanıb.

Bloomberg bildirib ki, Qətər bu müqavilə ilə 12 milyard dollar qarşılığında 72 ədəd F-15 tipli döyüş təyyarəsi alacaq.



ABŞ noyabr ayında Qətərə 72 döyüş təyyarəsini satmağa icazə verib.

Donald Trump isə keçən həftə Qətəri terrorizmin "yüksək səviyyəli sponsoru" kimi qiymətləndirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərlə iqtisadi və diplomatik əlaqələri dayandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş