Böyük Britaniyada Hitlerin imzası olan "Mein Kampf" kitabı hərraca çıxarılıb

Книга "Моя борьба" Fotonun müəllifi SILVERWOODS
Image caption Hitler çox nadir hallarda sənəd imzalayardı

Böyük Britaniyada Adolf Hitlerin "Mein Kampf" kitabının nadir nüsxələrindən biri müəllifin avtoqrafı ilə hərraca çıxarılıb.

Mavi parçalı üzlüklü kitab 1935-ci ildə nəşr edilib.

Hitlerin imzası isə kitabın əvvəlindəki səhifədə qeyd olunub.

Kitab Lancashire qraflığının Clitheroe şəhərindəki Silverwoods hərrac evinin satışına çıxarılacaq.

Kitabın min funt sterlinqə (1275 dollara) satılacağı gözlənilir.

Hərracçı James Thompson bəzi insanların hətta nasizmlə əlaqəsi olan hansısa əşyaya belə toxuna bilmədiklərini söyləyib.

Lakin onun fikrincə, Hitler hakimiyyətinin dəhşətlərinə baxmayaraq kitabın saxlanılmasını düşünənlər də tapılacaq.

"Bu hardasa qulyabanıya toxunmağın bir yoludur ", - deyə Thompson bildirib.

"Mein Kampf" (Mənim mübarizəm) ilk dəfə 1925-ci ildə nəşr edilib.

Kitabda Hitlerin siyasi ideologiyası və onun Almaniyaya dair gələcək planları öz əksini tapıb.

Hitler hansısa sənədi imzalamamağı xoşlamadığı üçün bu kitab nadir nüsxə hesab olunur.

Hitler bu kitabı BBC-nin keçmiş jurnalisti Peter Cadogan üçün imzalayıb.

Cadogan Hitlerin yaxın dostlarından olan Unity Mitford-la tanış olub.

Xanım Mitford Hitlerdən kitabı Cadogan üçün imzalamasını xahiş edib.

Kitab Cadogan ailəsinin xahişi ilə satışa çıxarılıb.

Bu barədə daha geniş