Argentinalı futbolçu oyun zamanı rəqiblərinə iynə batırıb

Хуан Отеро Fotonun müəllifi Getty Images
Image caption Xuan Otero oyun zamanı ona dörd dəfə iynə batırıldığını bəyan edib

"Pacifico" futbol klubunun argentinalı oyunçusu Federico Allende oyunlardan birində rəqib oyunçulara qarşı iynədən istifadə edib.

Argentinanın Vorterix radiostansiyasına müsahibə verən Allende bu barədə gülə-güə danışıb.

Onun sözlərinə görə, ötən həftənin bazar günü Argentina kuboku uğrunda keçirilən yarışda o, "Estudiantes" klubunun oyunçularına bir neçə dəfə iynə batırıb.

"Biz bilirdik ki, onlara qarşı çirkin oynamalıyıq və mən onların hücumçularına iynə batırmağa davam etdim",-deyə Allende bildirib.

O, həmçinin futbolun "ağıllı insanlar" üçün bir oyun olduğunu söyləyib.

"Estudiantes" klubunda hüçumçu kimi çıxış edən kolumbiyalı Xuan Otero yerli kütləvi informasiya vasitələrinə bazar günü keçirilən oyunda "Pacifico" futbolçusunun ona bir neçə dəfə iynə batırdığını söyləyib.

Otero hakimə bu barədə şikayət etsədə, hakimin onun şikayətinə məhəl qoymadığını deyib.

Allende onun əsas hədəfinin Otero olduğunu da etiraf edib.

"Yəqin ki, o, indi mənə nifrət edir".

Allende-nin müsahibəsindən sonra Otero rəqibinin pis insan olduğunu vurğulayıb.

Allende-nin etirafları artıq Argentina futbolunda qalmaqal yaradıb.

"Pacifico"-nun prezidenti Gektor Monkada Allende-ni klubdan qovmaq istədiyini bəyan edib.

"Pacifico " dördüncü divizyonun klubudur, "Estudiantes" isə bir neçə dəfə Argentina çempionu olub.

Bazar günü baş tutan yarışın qalibi isə "Pacifico" olub.

Əlaqəli mövzular