İD lideri Bağdadinin “Rusiya tərəfindən öldürüldüyü ehtimal edilir”

Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə cümə namazı vaxtı. Fotonun müəllifi Reuters
Image caption Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə cümə namazı vaxtı.

Rusiya hərbiyyəsi Suriyada endirilən hava zərbələrindən birilə özünü İslam Dövləti adlandıran (İD) qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin qətlə yetirilib-yetirilmədiyi barədə məlumatı yoxlayır.

28 mayda baş verən həmlə əl-Bağdadi və daha 330 döyüşçünün ölümü ilə nəticələnə bilərdi, Rusiyanın Müdafiə Nazirliyi bildirir.

Məlumata əsasən zərbə ilə Raqqa şəhərində cihadçıların hərbi şurasının toplantısı hədəflənib.

Bağdadinin ölümü barədə xəbər bundan əvvəl də bir neçə dəfə yayılmışdı.

Suriya hökuməti bu məlumatı şərh etməyib.

Rusiya hava qüvvələri gecəyarıdan bir az keçmiş hava hücumu həyata keçirib. Bu barədə ABŞ hərbiyyəsi öncədən məlumatlandırılıb.

Dronla həyata keçirilən müşahidənin ardınca Su-35 və Su-34 təyyarələri istifadə olunub.

Rusiyanın Müdafiə Nazirliyi hədəflənən ərazinin şəkillərini yayıb. Məlumata əsasən hücumda həmçinin Raqqa "şəhərinin əmiri" Əbu əl-Hacı əl-Məsri qətlə yetirilib.

Fotonun müəllifi RUSSIA DEFENCE MINISTRY
Image caption Rusiya hücumdan əvvəl və sonra çəkilən fotoşəkilləri nümayiş etdirib.

İD rəhbərinin yeri barədə bir müddətdir ki, məlumat yoxdur.

Hərçənd ki, onun, 2016-cı ildə Mosulun alınması uğrunda əməliyyatın başlanmasından əvvəl bu şəhərdə olduğu güman edilir.

Reuters-in xəbərində ehtimal olunur ki, son zamanlar "o, ərazisi minlərlə kvadrat kilometr təşkil edən səhralıqda gizlənib".

Əbu Bəkr əl-Bağdadinin əks olunduğu yeganə video 2014-cü ildə, İD-nin "xilafət" elan etməsindən sonra yayılıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İD getdi - dostlar görüşdü...

Görüntüdə İD lideri Mosul şəhərinin ələ keçirilməsindən sonra cümə namazına qatılır.

Əl-Bağdadinin ilk audio mesajı 2012-ci ildə yayınlanmışdı və həmin çıxışında o, İD-ə böyük qələbələr vəd edirdi.

Fotonun müəllifi AFP
Image caption İraqın Daxili İşlər Nazirliyi 2014-cü ildə çəkilmiş görüntünü yayıb.

Bu barədə daha geniş