USS Fitzgerald qəzası: Yaponiya sularında 7 dənizçi zabit itkin düşüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
USS Fitzgerald-da xilasetmə əməliyyatı

Yaponiya sahilinə yaxın bir ticarət gəmisi ilə ABŞ donanmasının gəmisi toqquşandan sonra 7 dənizçi zabit itkin düşüb.

Qəza vaxtı USS Fitzgerald adlı hərbi gəminin komandiri xəsarət alıb və vertolyotla xəstəxayana aparılıb.

USS Fitzgerald ticarət gəmisi ilə Yaponiyanın Yokosuka şəhərinin 104 kilometr cənub-qərbində yerli vaxtla şənbə günü saat 02:30-da toqquşub.

Havadan çəkilən görüntülərdə gəminin sağ hissəsinin ağır şəkildə ziyan aldığı görünür.

Nə baş verib?

Toqquşma, USS Fitzgerald daxil olmaqla ABŞ-ın 80 gəmi və sualtı gəmidən ibarət olan 7-ci donanmasının mənzilləndiyi Yokosuka şəhərinə yaxınlıqda baş verib.

Qəza vaxtı 154 metr uzunluğunda olan raketdaşıyan gəminin haraya getməkdə olduğu məlum deyil.

Filippin bayrağı ilə üzən 222 metrlik ACX Crystal ticarət gəmisi Yaponiyanın Nagoya və Tokyo şəhərlərinə gedirdi.

Dəniz naviqasiyası qeydiyyatı ACX Crystal gəmisinin toqquşmadan 25 dəqiqə əvvəl birdən birə geri döndüyünü göstərir. Gəminin istiqamətini dəyişməsinin səbəbi hələ ki, məlum deyil.

Qeydlər toqquşma vaxtı ACX Crstal-ın saat 27 kilometr sürətilə üzdüyünü göstərir.

Fotonun müəllifi MarineTraffic.com
Image caption Qəzadan əvvəl ACX Crystal gəmisi qəflətən geri dönüb və toqquşmadan dərhal sonra istiqamətini Tokyo şəhərinə dəyişib.

USS Fitzgerald gəmisinin hərəkəti barədə məlumat ictimaiyyətə açıq deyil.

Ziyan və xəsarətlər nə dərəcədədir?

Yaponiyanın sahil təhlükəsizlik xidməti itkin düşən 7 ABŞ dənizçi zabitinin axtarış əməliyyatını idarə edir.

Donanma rəsmiləri gəmi komandiri Komodor Bryce Benson-un Yokosukada ABŞ Donanma Xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətinin stabilləşdiyini bildiriblər.

İki başqa dənizçi də aldıqları yaralara görə helikopterlə xəstəxanaya aparılıb, 7-ci donanma T.

Donanma həmçinin gəminin batmaq təhlükəsi olmadığını və Yokosukaya yola düşdüyünü deyib.

Fotonun müəllifi EPA
Image caption ACX Crystal gəmisinə dəyən ziyan bir qədər az olub.

Yaponiya sahil təhlükəsizlik xidməti təxminən 30 min tonluq ACX Crystal gəmisinin USS Fitzgerald-dan 3 dəfə ağır olduğunu deyib.

Sol tərəfindən əzilən Filippin gəmisinə dəyən ziyan daha azdır və Tokyo şəhərinə çatdıqdan sonra onun 20 nəfərlik filippinli ekipajdan heç kəsə xəsarət dəymədiyi məlum olub, AP agentliyi bildirib.

Fotonun müəllifi EPA
Image caption Yaponiya müdafiə nazirliyi ABŞ gəmisindən bir gəmiçinin xəsətəxanaya köçürülərkən çəkilən şəkili paylaşıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş