Qarabağda Ermənistan əsgəri həlak olub

2016 april Karabakh fighting Fotonun müəllifi Getty Images
Image caption 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə hər iki tərəf böyük itkilər vermişdi.

Şənbə günü Qarabağ cəbhə xəttində döyüşlər zamanı daha bir Ermənistan hərbçisi həlak olub, tanınmamış Dağlıq Qarabağ respublikasının müdafiə nazirliyi bəyan edib.

Bəyanatda 1997-ci il təvəllüdlü Narek Qasparyanın ölümünə "Azərbaycan tərəfinin cümə günündən başlayan atəşi" səbəb olduğu deyilib.

Azərbaycan Müdafiə Nazirliyi şənbə günü yaydığı bəyanatda Ermənistan tərəfinin atəşi nəticəsində cümə axşamı günü bir Azərbaycan hərbçisinin həlak olduğunu qeyd edib.

Cavab olaraq atılan atəş nəticəsində 6 Ermənistan hərbçisi öldürülüb, Müdafiə Nazirliyi bildirib.

Bəyanta Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini "iriçaplı silahlardan və artilleriya qurğularından atəşə" tutduğu deyilib.

Lakin hazırda tanınmamış Dağlıq Qarabağ respublikasının müdafiə nazirliyindən yalnız 4 hərbçinin ölümü barədə məlumat var.

Verilən məlumata əsasən itkilərə səbəb cümə günü Azərbaycan tərəfinin Ermənistana məxsus hərbi mövqeni atəşə tutmasıdır.

Bundan başqa Ermənistan mətbuatında yayılan xəbərlərə görə, 2 yaralı əsgər Yerevanda yerləşən Mərkəzi Hərbi Xəstəxanaya yerləşdirilib. Bu məlumat rəsmi mənbələrdən hələ ki, təsdiqlənməyib.

Başqa bir bəyanatda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanı "qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin... həllinə imkan verməməyə və... status kvonu saxlamağa" cəhd etdiyini deyib.

ATƏT-in Minsk Qrupunun Azərbaycana səfərinin adrınca baş verməsini qeyd edən Hikmət Hacıyev "cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın" daşıdığını deyib.

Bu barədə daha geniş