Kuba hökuməti Trump-ın sələfi Obama-nın qərarlarını ləğv etməsini pisləyib

President Trump announces new Cuba policy in Florida Fotonun müəllifi Reuters

ABŞ Prezidenti Donald Trump-ın Kuba ilə əlaqələrin təkmilləşdirilməsinə yönələn siyasi qərarları ləğv etməsi Kuba hökumətini qəzəbləndirib.

Buna baxmayaraq, Kuba ABŞ-la əməkdaşlığa davam edəcəyini bildirib.

Cümə günü Miami şəhərində çıxış edən Donald Trump Obama administrasiyasının ləğv etdiyi ticarət və səfər məhdudiyyətlərini bərpa edəcəyini deyib.

Lakin Obama administrasiyasının qərarını "tamamilə birtərəfli razılaşma" adlandıran cənab Trump aradan qaldırılan diplomatik və kommersiya məhdudiyyətlərini bərpa etməyəcək.

"Kuba hökuməti embarqonu möhkəmləndirən yeni qərarları qınayır", Kubanın dövlət telekanalı deyib.

Lakin yayımda həmçinin bildirilib ki, Kuba "hörmətcil dialoqa və əməkdaşlığa" davam etməyə hazırdır.

Barack Obama ticarət və turizm qadağalarını yumşaldaraq iki ölkə arasında əlaqələri təkmilləşdirməyə cəhd etmişdi.

Cənab Trump yeni qərarının səfər və Kubaya pulköçürmə qaydalarını mökəmləndirəcəyini deyib.

O, Kubada insan hüquqları barədə narahatlıqları dilə gətirərək, "vəhşi" Kastro hökumətilə razılığa gəlməyi "çox pis" və "səhv bir qərar" adlandırıb.

Lakin cənab Trump Obamanın dövründə ABŞ-ın Kubada açdığı səfirliyi bağlamayacaq və sələfinin iki ölkə arasında bərpa etdiyi aviareysləri bir daha qadağan etməyəcək.

Fotonun müəllifi Getty Images
Image caption 2016-cı ildə Kubaya səfər edən Barack Obama Kuba prezidenti Raul Kastro ilə görüşüb.

Bu barədə daha geniş