Misir prokuroru Hişam Bərəkətin qətlinə görə 30 nəfər ölüm cəzasına məhkum edib

A picture taken on July 10, 2013 shows Egyptian state prosecutor Hisham Barakat sitting at his office in Cairo. Fotonun müəllifi STR/AFP/Getty Images
Image caption Misirin keçmiş dövlət prokuroru Hişam Bərəkət 2015-ci ildə partlayıcı avtomobil hücumunda qətlə yetirilib.

Qəhirədə məhkəmə 30 nəfəri Misirin keçmiş Baş prokurorunun qətlində təqsirləndirərək, onları ölüm cəzasına məhkum edib.

Hişam Bərəkət 2015-ci ilin iyun ayında avtomobil partlayışı hücumunda öldürülüb.

O, son illərdə ölkədə silahlı qruplar tərəfindən öldürülən ən yüksək vəzifəli rəsmidir.

2013-cü ildə Müsəlman Qardaşları hökumətinin devrilməsindən sonra cənab Bərəkət təşkilata üzv olan minlərlə insanı ittihamlarla məhkəmələrə göndərmişdi.

Qadağan edilən qrupun yüzlərlə üzvü ölüm cəzası və ya ömürlük həbs cəzasına məhkum edilib.

Misir qətlin arxasında Müsəlman Qardaşları və Qəzzadakı Həməs silahlı qrupunun olduğunu iddia edir. Lakin hər iki təşkilat bu iddiaları təkzib edir.

Misir Daxili İşlər Nazirliyinin keçən il dərc etdiyi videolarda bir neçə şəxs Qəzzada Həməsdən təlim aldıqdan sonra qətli yerinə yetirdiklərini etiraf edib. Bundan sonra bu şəxslərin bir qismi sözlərini geri götürərək cinayəti işgəncə altında etiraf etməyə məcbur edildiklərini deyiblər.

Məhkəmənin tövsiyəsi artıq Misirin ən yüksək dini lideri baş müftiyə göndəriləcək.

Misirdə bütün ölüm cəzaları hökmləri baş müfti tərəfindən təsdiqlənməlidir. Lakin baş müfti təsdiqlədiyi hökmlərə qarşı da apelyasiya şikayəti etməyə imkan var.

Fotonun müəllifi KHALED DESOUKI/AFP/Getty Images
Image caption Hişam Bərəkətin qətlindən sonra hadisə yerində Misirin xüsusi qüvvələri (2015-ci il).

Əlaqəli mövzular

Bu barədə daha geniş