Əfqan hərbçi xarici əsgərlərə atəş açıb

Afghan soldiers stand guard as military ambulances enter a military base a day after it was targeted by the militants in Balkh province, Afghanistan, 22 April 2017 Fotonun müəllifi EPA
Image caption Şahin hərbi bazası aprel ayında silahlı qruplar tərəfindən hədəflənnmişdi. Bu hücumda 100-dən çox Əfqanıstan hərbçisi həlak olmuşdu.

Şənbə günü bir Əfqanıstan hərbçisi ölkənin şimalında yerləşən hərbi bazada xarici əsgərlərə atəş açıb. Hücumda bir neçə ABŞ hərbçisi yaralanıb.

Bir rəsmi Bəlx vilayətində yerləşən Şahin hərbi bazasında baş verən hücumu BBC-ə təsdiqləyib.

Lakin ABŞ hərbi qərargahının sözçüsü Amerika əsgərlərinin ölümü barədə ilkin xəbərlərin səhv olduğunu bildirib.

O, hücumda bir neçə ABŞ hərbçisinin yaralandığını deyib.

NATO-nun rəhbərlik etdiyi Resolute Support missiyası yerli vaxtla saat 14:00-da baş verən hücumda bir Əfqanıstan hərbçisinin öldüyünü və başqa birinin yaralandığını bildirib.

Şahin bazası 209-cu korpusa məxsusdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş