Iraq qüvvələri Mosulun qədim şəhərinə hücum edir

iraqi forces in western mosul Fotonun müəllifi Getty Images
Image caption Artıq Mosulu ələ keçirməyə yönələn hərbi əməliyyatın 9-cu ayıdır.

İraq qüvvələri Mosul şəhərində özünü İslam Dövləti adlandıran silahlı qruplaşmanın nəzarətində olan sonuncu rayona - qədim şəhərə - hücum etdiklərini bildiriblər.

Xüsusi qüvvələr rayona qərbdən, federal polis isə cənubdan irəliləyir, bəyanatda deyilib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə (BMT) qədim şəhərdə 100 minə qədər dinc əhali ilişib qalmış ola bilər.

Onlara ərazini tərk etməyə tövsiyə edilib.

Son iki həftə ərzində qərbi Mosulda təxminən 230 dinc sakin öldürülüb, BMT bildirib. Bu ölümlərin bəziləri hava zərbələrindən, digərləri isə İD nəzarətində olan rayonlardan qaçmağa cəhd edən sakinlərin İD snayperlərinin atəşindən baş verib.

İraq qüvvələri BBC-ə qədim şəhərdə neçə İD döyüşçüsünün qaldığını bilmədiklərini deyiblər.

Rayondan çıxmağa imkanı olan sakinlər qədim şəhərdə vəziyyətin gərgin olduğunu və ərzaq və suyun tükəndiyini bildiriblər.

Mosulu ələ keçirməyə ABŞ-ın dəstəklədiyi hərbi əməliyyat artıq 9-cu ayındadır. İraq qüvvələri ölkənin 2-ci şəhəri sayılan Mosulun şərq rayonlarını keçən ilin oktyabr ayında ələ keçirib.

Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə quruda döyüşən İraq təhlükəsizlik qüvvələri, kürd peşmərgələri, sünni ərəb tayfaları və şiə silahlı qruplaşmaları iştirak edir.

İD İraq ordusu məğlub edərək Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib. Bundan sonra İD nəzarətində olan ərazilərdə xalifəlik elan etdi.

Fotonun müəllifi Nafiseh Kohnavard
Image caption Ailələrə qədim şəhəri tərk etmək tövsiyə edilib, lakin qaçmağa cəhd edən sakinlər İD tərəfindən hədəflənir.

Bu barədə daha geniş